manera.az
manera.az

Kitab bayramı keçirilib -Bərdədə MANERA.AZ

📅 09.05.2016 12:36

Kitab bayramı keçirilib -Bərdədə MANERA.AZ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Bərdədə ənənəvi kitab bayramı keçirilib.

Bayram çərçivəsində müxtəlif mövzularda, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətinə dair nəşrlər, Bərdənin tarixini əks etdirən sərgi, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş olunub.

Tədbirdə rayonun mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Həvva Mirzəyeva, mədəniyyət və turizm şöbəsinin müdiri İlyas Hacıyev və başqaları çıxış edərək əlamətdar bayram münasibətilə kitabsevərlərə təbriklərini çatdırıblar. Çıxışlarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə müsbət təsirindən danışıblar.

Kitab bayramında məktəblilər ümummilli lider Heydər Əliyevə, kitaba, mütaliəyə, Vətənə dair şeirlər söyləyib, müxtəlif kompozisiya və səhnəciklər təqdim ediblər.



Baxış sayı - 1 930 | Yüklənmə tarixi: 09.05.2016 12:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031