manera.az
manera.az

“Saat meydanı” açıldı MANERA.AZ

📅 02.08.2016 16:14


 “Saat meydanı”  açıldı MANERA.AZ

Bu gün İsmayıllı rayonunda “Saat meydanı”nın açılış tədbiri keçirilib


Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açaraq bildirib ki, uzun illər əhalinin tələbatı səviyyəsindən çox aşağıda duran bazar və onun qarşısındakı meydan bu gün xalqa nümunəvi xidmətin əsil məkanına çevrilib. Biz bunu rayonda gedən sürətli və geniş miqyaslı tikinti, quruculuq və abadlıq işlərinin davamı kimi qiymətləndiririk.

“Saat meydanı” bu ərazidə yaşayan və bazardan istifadə edən vətəndaşlar üçün əsil rahatlıq yaradıb. İsmayıllı bələdiyyəsinin layihənin icraçısı kimi fəaliyyəti də təqdir olunmalıdır.

İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, dövlət qulluğu veteranı Valeh Salehov, müəllim Etibar Abdulov və başqaları çıxış edib, yaşamaq, işləmək, insanların sosial həyatını zənginləşdirmək üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərindən minnətdarlıqlarını bildiriblər.

İştirakçılar layihənin ideya müəllifi, RİH-nin başçısı Mirdaməd Sadıqova “Saat meydanı”nın tikintisinə göstərdiyi hərtərəfli dəstəyə görə razılıqlarını bildiriblər.

Elnarə Günəş,
MANERA.AZ


Baxış sayı - 1 969 | Yüklənmə tarixi: 02.08.2016 16:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031