manera.az
manera.az

Səməd Vurğunun 110 illiyi keçiriləcək | MANERA.AZ

📅 28.09.2016 16:30

Səməd Vurğunun 110 illiyi keçiriləcək | MANERA.AZ

Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə unudulmaz şairin həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan poeziya tarixindəki xidmətlərindən söz açılacaq, ədəbiyyatımıza verdiyi töhfələrdən danışılacaq.
Həmçinin, tədbir çərçivəsində şairin vətənpərvərlik mövzusunda yazdığı şeirləri və bir çox şeirlərinə bəstələnmiş musiqilər təqdim olunacaq.


Baxış sayı - 1 990 | Yüklənmə tarixi: 28.09.2016 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930