manera.az
manera.az

Afaq Məsudun ədəbi irsi haqda kitab MANERA.AZ

📅 21.09.2016 16:30

Afaq Məsudun ədəbi irsi haqda kitab MANERA.AZ

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun görkəmli yazıçı-dramaturq Afaq Məsudun ədəbi irsini araşdıran “Afaq Məsud dünyası” kitabı işıq üzü görüb.

MANERA.AZın məlumatına görə kitab “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Yazıçının nəsr və dramaturgiyasının təhlilini, əsərlərindən, müsahibə və məqalələrindən seçilən sitatlar üzrə araşdıran kitab üç hissədən ibarətdir: “Afaq Məsudun hekayə dünyası”, “Afaq Məsudun roman dünyası” və “Afaq Məsudun dramaturgiya dünyası”.

Yazıçının müasir bədii düşüncədə fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər əsərdə ustalıqla araşdırılır.


Baxış sayı - 1 858 | Yüklənmə tarixi: 21.09.2016 16:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031