manera.az
manera.az

Afaq Bəşirqızı 60 illik yubileyini necə qeyd edəcək? - MANERA.AZ

📅 13.08.2015 10:46

 Afaq Bəşirqızı 60 illik yubileyini necə qeyd edəcək? - MANERA.AZ
Avqust ayının 15-i milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının doğum günüdür. Sevilən sənətkarımızı öncədən təbrik etmək məqsədilə biz də onunla əlaqə saxladıq.

Doğum günü təəsüratlarını manera.az-la bölüşən Afaq xanım hazırda yaradıcılıq işləri ilə əlaqədar Bakıda olduğunu söylədi. 60 illik yubileyini qeyd edən sənətkar özünü yaxşı hiss etdiyini, doğum gününü də ailəsinin və yaxınlarının əhatəsində keçirəcəyini bildirdi.

Böyük sənətkar doğma teatrı, həmkarları və tamaşaçıları üçün darıxdığını, yeni teatr mövsümünü səbirsizliklə gözlədiyini də söyləməyi unutmadı.

Bildirdi ki, tez-tez sənət dostları ilə əlaqə saxlayır. "Hamımız doğma səhnə üçün artıq darıxmışıq" deyən böyük aktrisa Musiqili Teatrda builki mövsümün sentyabrın 10-da açılacağı barədə də ekskluziv məlumat verdi.

Biz də öz növbəmizdə, bir daha, Afaq Bəşirqızını təbrik edirik, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Manera.az


Baxış sayı - 1 977 | Yüklənmə tarixi: 13.08.2015 10:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031