manera.az
manera.az

Yaşamağın yanından keçib getmək... ŞEİRLƏR

📅 28.05.2016 16:35

 Yaşamağın yanından  keçib getmək...  ŞEİRLƏR
Manera.az Qalib Şəfahətin şeirlərini təqdim edir:


MƏN YAŞAMIRAM

Mən yaşamıram ki,
sadəcə,
hər gün,
yaşamağın yanında
işə gedib gəlirəm.
Hamı elə bilir ki,
mən orda dincəlirəm.
Məni orda görən olub,
elə bilirlər,
mən də orda yaşayıram.
Yaşamağın yanında
gözümü ovxalayır,
alnımı qaşıyıram.
Yaşamağın yanından
keçib getmək,
gedib gəlmək,
hələ yaşamaq deyil ki,..
Sürünməkdi,
sürünmək.
Yaşamağa doğru,
sürünmək.
Dərdi çox böyükdü,
gözə başqa cür görünmək.

***

Sevgilim,
qəlbimi qırma.
Soyuğa, borana
tab gətirə bilməzsən.
Hələ neçə
qarlı, çovğunlu
qış var,
qarşıda...

***

Məndən sən gedən yolda
maşurut işləmir,
gedib gələn də yoxdu,
o yolda.
Gələcəyəm piyada.
Bir az səbr elə,
Darıxma.
Yolum çox uzaqdı.
Həm də
Yolumda nə çox daş -kəsək,
sıldırım qaya.
Çıxmağa çalışıram.
Təngiyə-təngiyə,

tələsə-tələsə.
Tək, tənha, piyada.
Nəfəs almağa da
heç vaxtım yoxdu.
Sənin də
insafın hardadı?
eşqimi
qaldırıb qoymusan
uca dağın lap zirvəsinə.

***

O qədər
Gözlərimdə
əyilib düzəlmisən ki…
Gözlərim çaş qalıb.
Əyri görür
hər şeyi.




Baxış sayı - 1 813 | Yüklənmə tarixi: 28.05.2016 16:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031