Beynəlxalq Karikatura Müsabiqəsi keçirilir
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII “Molla Nəsrəddin-Azərbaycan-2016” Beynəlxalq Karikatura Müsabiqəsi keçirir.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşacaq.
MANERA.AZ Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin rəsmi saytına istinadla xəbər verir ki, builki beynəlxalq müsabiqənin mövzusu “Multikulturalizm” adlanır. Karikaturaları oktyabrın 15-dək ünvana göndərmək lazımdır. Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Meksika, Fransa, İsrail, Misir, Rusiya, İran, Yaponiya və ABŞ-dan karikaturaçı rəssamlar daxildir. I, II və III yerlər müvafiq olaraq qızıl, gümüş və bürünc medal, eləcə də diplomlarla mükafatlandırılacaq. Həmçinin münsiflər heyətinin və Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatları olacaq. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan kataloq hazırlanacaq.
Müsabiqənin şərtləri:
1. Müsabiqənin mövzusunun adı: “Multikulturalizm” (Tolerantlıq).
2. İşlərin qəbulunun son tarixi: 15 oktyabr 2016.
3. Müsabiqə internet vasitəsilə keçirilir.
4. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
5. Karikaturaları 300 dpi, jpg formatında mollanasreddin2016@gmail.com elektron ünvana göndərə bilərsiniz.
6. Göndərilən karikaturalara Beynəlxalq münsiflər heyəti qiymət verəcəkdir.
7. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan ibarət kitab hazırlanacaqdır.
Mükafatlar:
I Yer – qızıl medal və diplom
II Yer – gümüş medal və diplom
III Yer – bürünc medal və diplom
Münsiflər heyətinin xüsusi mükafatı
Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı
Turan Etibaroğlu
Manera.az