manera.az
manera.az

Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş tədbir keçirilib | MANERA.AZ

Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş tədbir keçirilib | MANERA.AZ


Bakı Slavyan Universitetində dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illiyinə və "Arşın mal alan" əsərinin 70 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir unudulmaz bəstəkarın "Koroğlu" operasından üverturanın səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov bənzərsiz musiqi irsinin müəllifi Üzeyir Hacıbəylinin yaradıcılığından söhbət açıb.

Telman Cəfərov unudulmaz bəstəkarın Azərbaycanın musiqi tarxinə, mədəniyyətinə bəxş etdiyi dəyərli töhfələri, onun əvəzsiz xidmətlərini Azərbaycan xalqının milli-mənəvi sərvəti adlandırıb.

Professor Elmira Məmmədova Üzeyir Hacıbəylinin həm bəstəkar, həm də pedaqoq, ictimai xadim və publisist kimi göstərdiyi xidmətlərdən danışıb. E. Məmmədova vurğulayıb ki, Üzeyir Hacıbəyli klassik musiqimizin təməlini qoymuş və milli musiqimizdə köklü dönüş yaratmış dahi şəxsiyyətdir.

Sonra BSU tələbələrinin ifasında "Arşın mal alan" əsəri səhnələşdirilib. Uğurla nümayiş edilən tamaşa tədbir iştirakçılarının marağına səbəb olub.

Aytəkin Qardaşova


Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş tədbir keçirilib | MANERA.AZ
Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş tədbir keçirilib | MANERA.AZ


Baxış sayı - 1 899 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930