manera.az
manera.az

Teatrdan çaxır qoxusu gələrsə...-KİMDİR GÜNAHKAR?..

📅 04.06.2016 16:04

Teatrdan çaxır qoxusu gələrsə...-KİMDİR GÜNAHKAR?..
Ünlü rus yazarı və ədəbiyyat tənqidçisi Beliniski hələ XIX əsrin birinci yarısında yaradıcı gəncələrə belə bir müraciət ünvanlayıb: “Teatrı sevin və lazım olsa orda ölməyi bacarın''.


Günümüzdə dahi rus tənqidçisinin bu ibrətamiz ifadəsinə istinad etmək istəyəndə qarşıma belə bir sual çıxır: Bəs, görəsən bu gün necə, teatra görə ölməyə dəyərmi? Bu sualın cavabı heç şübhəsiz ki, birmənalı sayıla bilməz. Ən azı ona görə ki, Azərbaycanda fəaliyyət göstərən teatr müəssisələrinin bugünkü durumu olduqca acınacaqlıdır. Nə yazıq ki, bu vəziyyət uzun illərdir davam edir və bir çıxış yolu hələ də tapılmır.

Repertuar kasadlığı, tamaşaçı qıtlığı, intellektli rejissor çatışmazlığı, aktyor yarıtmazlığı və s. kimi hallar, fikrimcə teatrı bir istehsal müəssisəsi kimi işlənməz hala gətirən məqamlardan sayılmalıdır. Bu müəssisələrə birbaşa və ya bilavasitə cavabdeh olan şəxslərin səriştəsizliyini və bu sənətə dırnaqarası baxmalarını da nəzərə alsaq, teatrımızın bugünkü durumu ilə bağlı problemlərin kökündə nələrin dayandığını daha açıq şəkildə bəyan etmiş olarıq. Belə olan halda bizlər teatrdan nə istəyə bilərik axı? Təbii ki, heç nə! O halda nədən teatrın bu günki durumu ilə bağlı bütün məsuliyyəti, demək olar ki, bu “bədbəxt” tamaşaçının üzərinə qoyuruq? İnsafsızlıq deyilmi? Burada deyiblər e: “Adımı sənə qoyum, səni yana-yana qoyum”. Böyüklərimiz teatrın aynalıq görəvindən yararlandıqları halda, axı nədən bizlər bu aynadan üz çeviririk? Doğrudanmı bizlərə daha ayna gərək deyil? Bəlkə biz həqiqətən də daha aydan arı, sudan duruyuq? Buna inanmağım gəlmir. Kimlərinsə inanacağına da şübhəm var. O zaman nə etməli? Teatrın aynalıq görəvini, barometirlik funksiyasını özünə qaytarmalı! Bəlkə də yalnız bu halda teatrı yenidən ayağa qaldrımaq mümkün olardı. Bu məsələdə yaradıcı gəncliyi bir addım irəliyə buraxmaq lazımdır. Əks halda, Afaq Məsudun təbiri ilə desək (“Qatarın altına atılan qadın”'da) ''teatr” deyəndə burnumuza turşumuş çaxır qoxusu gələcək...


MANERA.AZ


Baxış sayı - 4 487 | Yüklənmə tarixi: 04.06.2016 16:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031