manera.az
manera.az

Aktrisa: «Şəhidlərə ağlamamalıyıq…» MANERA.AZ

Aktrisa: «Şəhidlərə ağlamamalıyıq…»  MANERA.AZ
Sumqayıt Dövlət Dram Teatrında şəhidlərimiz anıldı

MANERA.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında cəbhədəki vəziyyətlə bağlı keçirilən iclasda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Baş rejissor əməkdar artist Firudin Məhərrəmov hər kəsin Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımını dəstəklədiyini və ürəyi Vətən eşqi ilə döyünən igidlərin “döyüş” əmrinə hazır olduğunu bildirdi.
Aktrisa: «Şəhidlərə ağlamamalıyıq…»  MANERA.AZ

Qüdrətli Ordumuzun peşəkar heyəti düşmənin gözünün odunu alıb, biz də boynumuza düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik deyə baş rejissor fikrini səsləndirdi.

İnformasiya müharibəsində, sosial şəbəkələrdə daha məntiqli və səviyyəli fikirlərin paylaşımında öz töhfəmizi verməliyik. Acığa, kinə söykənmiş təhqiramiz ifadələr işlətməkdənsə tarixi faktlara, dəmir məntiqə istinad edən informasiyalar yayımlayaq. Biz öz barışmaz mövqeyimiz, mücadiləmizlə bərabər mədəniyyətimizi də nümayiş etdirməliyik.

Aktrisa Sədaqət Nuriyeva Ordumuzun şücaətindən qürurla danışaraq, “lazım gələrsə cəbhə bölgəsində sənətimizlə xidmət edək” təklifini verdi.

Aktrisa Xatirə Süleymanovanın “Şəhidlərə ağlamamalıyıq, əksinə onlarla fəxr etməliyik” fikri alqışlarla qarşılandı.

Nərmin Səfərovanın xatirələri nə qədər acı olsa da aktrisa çıxışını nikbin notlarla bitirdi. Onun atası könüllü olaraq döyüşlərə qatılıb. Bu gün başında qəlpə gəzdirsə də yenə cəbhəyə getmək istəyir.

Daha sonra şəhid qardaşı Rövşad İlyasov, əməkdar artistlər İlahə Səfərova, , Ulduzə Nəsir, Yeganə Məmmədvəliyeva, direktor müavini Vidadi Məmmədov,truppa müdiri Zöhrəli Əliyev, Dağlar Rüstəmov, Vəfa Qurbanova və digərləri çıxışlarında Milli Ordumuzun döyüş bölgəsində göstərdiyi şücaətdən, artıq beynəlxalq aləmin də Azərbaycanın haqq işini dəstəklədiyindən danışdılar. Hər kəsdə “Qələbə bizimlədir” əminliyi olduğu bildirildi.

Sonda baş rejissor Firudin Məhərrəmov vətənpərvərlik ruhunda hazırlanan tamaşaların hərbi hissələrdə oynanılması təklifi ilə çıxış etdi.

Turan,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031