manera.az
manera.az

Gənclərin sağlam cəmiyyətə inteqrasiyası vacibdir | MANERA.AZ

📅 18.05.2016 11:23

Gənclərin sağlam cəmiyyətə inteqrasiyası  vacibdir | MANERA.AZ

"Narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır"

Manera.az xəbər verir ki, bunu Bakı şəhərinin məsul polis əməkdaşlarının Bakı Slavyan Universitetinin tələbələri ilə görüşü zamanı Bakı Baş Polis İdarəsinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Zaur Fətəliyev deyib.

“Narkomaniya ilə mübarizə” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev gənclərlə bu cür görüşlərin əhəmiyyətindən danışıb.

Rektor bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının ali təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlər keçirməsi gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addımdır. Sağlam, savadlı və zərərli vərdişlərdən uzaq gənclik yetişdirmək dövlət siyasətinin əsasını təşkil edir deyən Asif Hacıyev Bakı Slavyan Universitetində təhsil alan tələbələrin bu istiqamətdə gördüyü işlərdən, vacib layihələrdən söz açıb.

Polis polkovniki Zaur Fətəliyev çıxışında narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Bakı Baş Polis İdarəsinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb.

Suraxanı rayonu 33-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat verib.
Gənclərin sağlam cəmiyyətə inteqrasiyası  vacibdir | MANERA.AZ
Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan Tuncay Abbasov gəncləri belə vərdişlərə qarşı mübarizədə fəal olmağa səsləyib. Problemin fiziki, maddi, dini və hüquqi cəhətdən mahiyyəti barədə tələbələri məlumatlandıran polkovnik-leytenant bu kimi vərdişlərin yaranmasının səbəbini narkomaniya ilə bağlı maarifləndirmənin kifayət qədər olmamasında və informasiya qıtlığında görüb.

Tədbirin sonunda gənclərin çoxsaylı sualları cavablandırılıb.

Manera.az






Baxış sayı - 3 679 | Yüklənmə tarixi: 18.05.2016 11:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031