manera.az
manera.az

Professor Asif Hacıyev: “Azadlıq verilmir, qazanılır!” - MANERA.AZ

Professor Asif Hacıyev: “Azadlıq verilmir, qazanılır!” - MANERA.AZ
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidləri anılıb

Yanvarın 19-da Bakı Slavyan Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən universitetin rektoru, professor Asif Hacıyev 26 il öncə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi silahlı təcavüzün tarixdə insanlığın məruz qaldığı ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

Rektor bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik tarixinə qanla yazılmış bir səhifədir. Bu tarix azərbaycanlıların azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. “Azadlıq verilmir, qazanılır!” deyən professor Asif Hacıyev qeyd edib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində azadlıq qazandı. Ümummilli liderin dəstəyi ilə reallaşdırılan layihələrin xüsusi əhəmiyyətindən söz açan rektor deyib ki, həmin layihələrin icrasında bütün dövlət qurumları və təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında özünəməxsus uğurlara imza atırlar.

BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva, Filologiya fakültəsinin tələbəsi Ələkbər Mirzəyev çıxışlarında bildiriblər ki, xalqımızın mübariz övladlarının müstəqillik uğrunda öz canlarını qurban verməsi Azərbaycan xalqının azadlıq arzusunun dönməzliyinin göstəricisidir. Çıxışçılar Qanlı Yanvarın ictimai-siyasi əhəmiyyətindən də söz açıblar. Bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər.

Sonra BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri 20 Yanvara həsr olunmuş şeirlər səsləndiriliblər.

Aytəkin Qardaşova

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031