manera.az
manera.az

Vaqif Sultanlının romanı nəşr olunub - Türkiyədə | MANERA.AZ

📅 10.05.2016 11:49

Vaqif Sultanlının romanı nəşr olunub - Türkiyədə | MANERA.AZ

Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanı İstanbulda nəşr olunub

MANERA.AZ xəbər verir ki, yüksək poliqrafik keyfiyyətlə “Post yayın” nəşriyyatında çap edilən romanı Türkiyə türkcəsinə Ankara Qazi Universitetinin dosenti Pərvanə Bayram çevirib.

Müəllifin nəsr yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış roman Türkiyə oxucularına ilk dəfə təqdim olunur. Hadisələrin ötən əsrin 80-ci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb.

Kitabda, həmçinin Vaqif Sultanlının həyat və yaradıcılığı haqqında yığcam məlumat verilib.

Qeyd edək ki, “İnsan dənizi” romanının ədəbi taleyi uğurlu olub. Əsər 2012-ci ildən başlayaraq İngiltərə, Amerika, Misir, İran və başqa ölkələrdə nəşr edilib.




Baxış sayı - 2 166 | Yüklənmə tarixi: 10.05.2016 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930