manera.az
manera.az

Bir az atəş , bir az suyam...

📅 28.04.2016 12:25

Bir az atəş , bir az suyam...
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə Emin Pirinin 10-luğa düşən şeirini təqdim edirik:

Belə...

Məndən baş çıxara bilmir
Öz doğmaca anam belə...
Sənə də qəribə gəlir?
Nə təhər insanam belə...
Vurub öldürsən də buyam
Bir az atəş , bir az suyam
Bir az da qütb soyuğuyam
Şaxta,
Sazaq ,
Donam belə!
Dönüb sənə baxır hamı
Donub...
Sənə baxır hamı
Saçlarında buz salxımı
Nə qırılam ,sınam belə.
Şəklinə səndən yaxınam
Mən öz evimi yıxanam ...
Belə-belə işlər sonam
Get,
Yaxşı yol ,sonam
-...
Belə!


Baxış sayı - 2 333 | Yüklənmə tarixi: 28.04.2016 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930