Sınmamaq üçün əyilmək... | MANERA.AZ
![]()
Şansa inad
Hər şey olmur bu həyatda…
Hər şey olur bu həyatda…
"Olmaz" dediklərin də olur,
"Olur" dediklərin də olmur.
Nə qədər məğrur olsan da,
dəmirin belə, əyildiyini unutma.
Hər əyilənə "sındı" demə,
bəzən, sınmamaq üçün əyilir insan.
Bəxtini sevməyi də yadından çıxartma;
bəxtin ayağına gəlmirsə, sən bəxtinin ayağına get.
Məğlubiyyətlərinə yenilmə,
məğlubiyyətlər "Zəfər sarayı"nın kərpicləridir.
Heç kəsdən, anandan belə, vəfa umma,
Hər şeyə boş ver də, göz yum da,
bircə, hədəfinə göz yumma.
Bil ki, sən fateh olunca hörmətə layiqsən.
insan ulduzlara yalnız, onların suya əksi düşəndə
yuxarıdan aşağı baxır.
Həmişə yuxarıda olmağa çalış,
amma, təkəbbürün səndən aşağıda olsun.
Sevdalara boş ver…
Bu dünyada sevginə layiq olanı tanımaq
istiyirsənsə, güzgünün qarşısına keç, onu və Onu sev.
Tanımadıqlarına Allah rizası üçün,
tanıdıqlarına idarə etmək üçün yaxşılıqlar et,
sabah peşman olmamaq üçün, nəzərində belə tut.
Həyatı "şansa inad" yaşa,
Tale sənə xal vermirsə, sən də zər atmaqdan qalma!!!
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.