Qaliblər mükafatlandırıldı... |MANERA.AZ
Xəbər verdiyimiz kimi, Manera.az saytı 1 yaşı münasibətiylə “Ən yaxşı hekayə", "Ən yaxşı şeir" , "Ən yaxşı tərcümə" nominasiyaları üzrə müsabiqə elan etmişdi.
23 aprel 2016-cı il "Akademkitab" kitab evində keçirilən ədəbi-bədii tədbirdə qaliblərin adları açıqlanıb.
Manera.az bildirir ki, müsabiyəqə qoşulan 400-ə yaxın müəllifin yaradıcılıq nümunəsi (müəlliflər bilinmədən) münsif heyyətinə təqdim olunub.
Onların qərarı ilə əvvəlcə 10-luq seçilib.
Daha sonra yeni münsif heyyəti 10-luqdan 3-lük seçilib.
Nəticədə 3-lükdə ən çox səs qazanan müəlliflər qalib elan olunub.
Müsabiqənin nəticələrinə əsasən:
"Ən yaxşı hekayə" nominasiyası üzrə;
I yerin qalibi Azər Qismət - "Hamilə dəli" hekayəsi
II yerin qalibi Yaşar Bünyad - "General" hekayəsi
III yerin qalibi Vüsal Oğuz - "Nisyə" hekayəsi
"Ən yaxşı şeir" nominasiyası üzrə;
I yerin qalibi İsmayıl Məmmədov - "Müharibə xəbərləri və ölüm" şeiri
II yerin qalibi Tural Turan - "Od axşamı notları" şeiri
III yerin qalibi Oğuz Ayvaz - "Tanrının uşaq üzü" şeiri
"Ən yaxşı tərcümə" nominasiyası üzrə;
I yerin qalibi Səidə Ruslan - Lev Tolstoy "Çar və onun oğulları"
II yerin qalibi Taleh Eminoğlu - Frans Kafka "Hibrit"
III yerin qalibi Jalə Əsgərova - Bruce Stirling "Ölüm"
Qaliblərə pul mükafatı, diplom və müxtəlif hədiyyələr təqdim olunub.
MANERA.AZ olaraq qalibləri təbrik edir, müsabiqəyə qoşulan bütün müəlliflərə, obyektiv seçimdə iştirak edən münsiflərə təşəkkür edirik.