manera.az
manera.az

"Muğam Şərqə mənsubdur" - Vamiq Məmmədəliyеv

📅 19.04.2016 12:31

"Muğam Şərqə mənsubdur" - Vamiq Məmmədəliyеv

Xalq artisti Vamiq Məmmədəliyеv manera.az-ın muğam haqda keçirdiyi SORĞUya münasibət bildirib.

"Ermənilərin heç bir muğam tədqiqatçısı yoxdur."

Bunu MANERA.AZ-a müsahibəsində muğam bilicisi, tarzən Vamiq Məmmədəliyеv bildirib.

"Muğam şərq aləminə, xüsusən müsəlman aləminə mənsubdur.Tarix boyu ermənilər həmişə kimlərinsə adətini, musiqisini, mədəniyyətini, hətta bizim yeməklərimizi özlərinə götürməklə onu özünküləşdirməyə çalışmışlar. Ermənilər köçəri tayfa olaraq Qafqaza gəldikləri səbəbindən buranın az qala “varidatını” mənimsəmişlər. Əsas söhbət muğamdan gedirsə, onu deyə bilərəm ki, muğamda şərq havası, şərq üslubu, xüsusən də Azərbaycan nəfəsi vardır. Muğam nəinki Azərbaycanda, hətta bir çox ərəb ölkələrində, İranda, mərkəzi Asiyanın bəzi türkdilli xalqlarında geniş yayılmışdır. "- deyə Xalq artisti bildirib.

- Muğamın ermənilərə aid olmasını iddia edənlərə demək istərdim ki, onların heç bir muğam tədqiqatçısı yoxdur. Azərbaycanda isə tədqiqinə nəzər yetirsək onun IX əsrdə Əli Kindi, VIII əsrdə Urməvi, X əsrdə Fərabi, XI əsrdə İbn Sina, XIII əsrdə Marağayi, XV əsrdə Cami, XVI-XVII əsrlərdə Dərviş Əli, XVIII əsrdə Mirzəbəy, XIX əsrdə Mir Möhsün Nəvvab və.s tərəfindən tədqiq olunması görə bilərik. Bütün muğamların adı əsasən şərq mənşəli olmaqla müxəlif yer adları ilə bağlı olanları da diqqət mərkəzi olmalıdır. İlk muğam operasını Azərbaycanlı olaraq Üzeyir Hacıbəyov yazmışdır. Bütün professional Azərbaycan musiqiləri muğamdan ilhamlanaraq əfsanələr yaratmışdır.

V. Məmmədəliyev sonda qeyd edib ki, erməni bəstəkarı Aram Xaçaturyan “Qəyanə” baletini məhz Azərbaycan musiqisindən istifadə edərək yazmışdır. Bütün bunlar bir daha muğamın daha çox şərq aləminə, müsəlman aləminə mənsub olmasının bariz nümunəsidir.

Aysel,
MANERA.AZ






Baxış sayı - 1 476 | Yüklənmə tarixi: 19.04.2016 12:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031