manera.az
manera.az

Muğamı Ermənilər daha yaxşı oxuyur? –SORĞU | MANERA.AZ

📅 15.04.2016 13:37

Muğamı Ermənilər daha yaxşı oxuyur? –SORĞU | MANERA.AZ


Azərbaycan xalqının fəxr etdiyi sahələrin biri də onun musiqisi, xüsusən də muğamlarıdır. Amma bu yaxınlarda məşhur rus müğənnisi Larisa Dolina bildirib ki, muğamı ermənilər daha yaxşı oxuyurlar...

Xatırladaq ki, vaxtiylə dünyaca məşhur caz-muğam bilicimiz Vafiq Mustafazadə isə demişdi: "Erməni musiqisi - pis ifa olunmuş Azərbaycanın musiqisidir".

Manera.az ziyalılarımızın məsələ münasibətini təqdim edir:

Nasir Əhmədli:
- Muğam əruz vəzni üzərində qurulmuş klassik musiqi əsəridir. Əruz isə, bildiyimiz kimi, sait səslərin uzanması ilə yaranır. Erməni dilində sait səslər yox dərəcəsindədir. Mkrtç tipli sözləri muğama necə salmaq olar?! Larisa Dolina bu sözləri erməniləri dolamaq üçün deyib. Vaxtilə ermənilər aşıq poeziyasını və musiqisini mənimsəmək istəyiblər, amma mümrün olmayıb. Onların iki məşhur aşığı olub: Sayad Nova və aşıq Əvək (Avak). Hər ikisi azərbaycanca yazıb oxuyublar. Təki Allah bizə versin, kim nə qədər istəyir oğurlasın.

Anar Niftəliyev:

- Vallah, sabah erməni və erməniyanlılardan kimsə çıxıb desə ki, saz da bizimdir, hətta türk dili də "erməni dil ailəsinə" mənsubdur, artıq təəccüblənməyəcəm, sadəcə, gülüb keçəcəm. Necə ki, bu həya-abır qanmayan, köksüz-soysuz, mədəniyyətsiz millət torpaqlarımızda dövlət qurandan sonra balabana, dolmaya, "Sarı gəlin"ə sahiblənmək üçün ən axırıncı yola gedir.

İbrahim Quliyev:
-Biz o qədər zənginik ki, biri şairimizə, digəri musiqimizə, üçüncüsü dolmamıza, dördüncüsü kababımıza yiyə durmaq istəyir. Yəni, varı olandan oğurlayarlar da! Qaldı Larisa Dolinaya... Yəqin ki, o, bu fikri hansısa "qonarar" müqabilində deyib. Çünki muğamdan başı çıxmayan adamın onun kimə məxsus olmasını iddia etməsi qeyri-ciddidir. Bizim "şou ordumuz" yəqin ki, bu məsələyə bir münasibət bildirəcək.

Mübariz Əhmədov:

-Düzü, mənim erməni musiqisi barədə elə də bilgim yoxdur. Amma, əgər konkret söhbət muğamdan gedirsə, əgər Larisa Dolina həqiqətən belə deyibsə, o, tamamilə yanılır. Çünki muğam oxuduqlarıma və musiqiçilərdən eşitdiyimə görə, fars, hind və Azərbaycan xalqlarına aiddir.
Bundan başqa, əgər muğam erməni müğənnilərinin ifasında yaxşı olsaydı, o zaman ermənilər muğamın çoxdan ermənilərə məxsus olduğunu dünyaya bəyan etmiş olardılar. Ona görə də, ermənilər yaxşı bilir ki, muğam onlar üçün, nə dolma, nə piti, nə də xaşdır. Muğam oxumağı bacarmaq üçün xanəndəyə həm səs, həm ürək, həm də sözün əsl mənasında baş lazımdır. Hamı, o cümlədən də ilk dəfə muğamı azərbaycanlıların ifasında eşidən bakılı Larisa Dolina və yaxud, "Kudelman" yaxşı bilir ki, bu sadaladıqlarımın heç biri onlarda yoxdur!

Nəriman Əbdülrəhmanlı:
-Görünür, o Larisa Dolina adlanan kəsin yaddaş pozğuluğu var, ya da sadəcə vicdanını unudub. Çünki Azərbaycanda doğulan adam ən azı muğamın nə olduğunu bilir. Erməni musiqisinin əsasında Anadolu türkülərindən, Azərbaycan və gürcü musiqisindən abırsızcasına oğurlanmış ladlar, bəzən də bütöv əsərlər durur. Ona görə də Dolinanın səfehləməsinə ciddi fikir vermək lazım deyil. Əsl peşəkar musiqiçi belə söz deməzdi.

Cavansir Yusifli:
- Rəhmətlik Vaqif Mustafazadə düz deyirmiş, haqlıymış. Adam var, baxırsan, heç orijinala oxşamır, elə bil bunun orijinalı hardasa itib-batıb, sonra da tapılmayıb, bəlkə millətlər dfə belədi – birisi çox şeylər icad edir, ilhamı, istedadı bitib-tükənmir, digəri, original olanları montaj edir, ancaq bəzən, bu dünyada pisə yaxşı deyirlər, LARİSA DOLİNA kimi, bu Allahsız sözlər onu dilinə gətirəndən başqasını səciyyələndirmir ki…
Amma bizdə muğamı pis gündə tədqiq edirlər, fundamental elmi əsərlər azdı, sahib çıxmaq hə\m də işin bu tərəfindən çox asılıdı

Şəmil Sadiq:
-Desəm ki, bu Larisanı məhz bu sifarişli fikrindən sonra tanıdım yalan olmaz. Mən bunu önəmsiz bir adamın önəmsiz fikri kimi qiymətləndirirəm. Yəqin Larisa heç “Nupaqadi” cizgi filminə də baxmayıb, baxsaydı, “Cücələrim” mahnısından Azərbaycan musiqisinin gücünü bilərdi. Kosmosa göndərilən muğamdan da xəbəri yoxdur. Yenə sağ olsun ki, bu eybəcər fikrinə görə azərbaycanlılar bu nankoru tanıdı. Dəlidən ağıllı xəbər, ağıllıdan dəli xəbər təəcübləndirir həmişə cəmiyyəti. Dəlinin dəli xəbəri kimsəni təəccübləndirməməlidir!

Vüqar Əhməd:
- Muğam mənəvi möhtəşəm mədəniyyət abidəsidir.Şərqin müştərək musiqi janrı olsa da milli muğamlarımız daha mükəmməl,inkişaf etmiş və şöhrətlidir.Erməninin soyu-kökü olmadığı kimi mədinnəyəti də yoxdur.Bu soysuz erməni nə bilir muğam nədir."Eşşək nə bilir-zəfəfəran plov nədir?Vaqif Mustafazadə çox doğru deyib-dahiyanə. Dolina var həyatda, sənətdə?

***
Burada “Fəryad” filmindən bir səhnə yadıma düşür. Ceyhun əsir düşəndə onun qaravulundə duran erməni dığası eybəcər səslə oxuyur:

Tut ağacı boyunca,
Tut yemədim doyunca.
Yarı xəlvətdə gördüm,
Tələsdim yavaş-yavaş...


Doğma mahnısının bu cür təhrif olunmasına dözə bilməyən Ceyhun deyir ki, vicdanın olsun, heç olmasa, sözləri düz de. Erməni lap həyasızlaşır:

-Ara, özum bilaram necə deyaram. Mahnı özumdur, kefim neca istayır, helə da oxuyuram.

Biz həmişə görmüşük ki, it oğurluq edər. Ağzında çarıq tayı aparan it obrazı hamıya tanışdır. Amma son vaxtlar it xislətli ermənilər lap həyasızlaşıb, evin içinə soxulub çörəyimizi, xörəyimizi, paltarımızı, musiqimizi və s. aparmaq istəyir. Sonradan dalınca qaçıb balabanı, kamanı onun əlindən almaqdansa indidən ona yerini göstərməliyik. Erməninin ağlı olsaydı, muğamımıza qulaq asa-asa şansondan – zaddan quraşdırardı özü üçün. Daha iddia eləməzdi ki, muğamı kim yaxşı oxuyur. Ümumiyyətlə, muğamdan söhbət gedəndə “Erməni” adının çəkilməsi tam yersizdir!

Şəhla Aslan,
MANERA.AZ







Baxış sayı - 3 004 | Yüklənmə tarixi: 15.04.2016 13:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031