manera.az
manera.az

“Ədəbiyyat adamlarının fərqli manerası olmalıdır”

Ədəbiyyatşünaslığın, yaradıcılığın, ədəbi tənqidin indiki xaotik durumuna biganə qala bilmədiyimiz üçün yaradıcı və səlahiyyətli adamları ətrafımıza toplayaraq, ədəbi prosesdə fəal iştirak sahəsində manera.az adıyla yola çıxdıq. Missiyamız ədəbi arenaya fərqli - öz manerası olan baxış nümayiş etdirməkdir. Manera.az buna nail ola biləcəkmi? Ədəbiyyata yaxın şəxslər arasında sorğu apardıq. Fikirləri təqdim edirik:


Aslan Quliyev

Ədəbiyyatımızın qürub çağını yaşadığı bir vaxtda ədəbiyyat adına iş görən, əlini daşın altına qoyan hər kəsi alqışlayıram! Özünüzə inansanız, doğrudan da fərqli baxış nümayiş elətdirə bilsəniz, bu viranəyə yeni nəfəs, təzə hava gətirə bilsəniz, əlbəttə nail ola bilərsiniz!

Kənan Hacı

Belə bir saytın yaranması alqışlanasıdır.Arzu edirəm ki, ədəbiyyata xidmət edəsiniz, ədəbiyyatətrafı nəsnələrə yox. Ədəbi prosesi nizamlamaq o qədər də asan məsələ deyil. İstərdim siz bu günkü ədəbi mənzərəni tam aydınlığı ilə göstərə biləsiz. Uğurlar!

Hafiz Mirza

Müasir Azərbaycan Ədəbiyyatı özünün qızılca xəstəliyini keçirdir. İndi onu yad təzahürlərdən qorumaq daha mühümdür. Təəssüf ki, ədəbi tənqid , xüsusən də özünü cəmiyyətə ədəbiyyatın təəssübkeşi kimi tanıtmağa çalışan bir sıra saytlar bu missiyanı unudur, əsas diqqəti təriflərə və ucdantutma hər kəsi dərc etməyə yönəldir. Məncə əsas meyar keyfiyyət olmalıdır. Bundan ötrü isə Sizin yaratdığınız yeni sayt peşəkarlığa üstünlük verməlidir. Peşəkarlar isə onların zəhməti maddi cəhətdən yüksək qiymətləndirildikdə daha effektli fəaliyyət göstərə bilirlər. Ədəbiyyat heç də publisistika deyil və onunla hər kəs məşğul ola bilməz. Ədəbiyyat istedad və zəhmət məsələsidir. Ona incəsənət hadisəsi kimi yanaşılmalıdır. Azərbaycanda pulu olan saytlar diqqət mərkəzinə düşə bilib. Sizin saytın güclü maliyyə qaynaqları olacaqsa, işiniz də böyük fayda verəcək. Yoxsa ki, quru təəssübkeşlik və ya ictimai əsaslarla yüksək nəticələrə nail olmaq mümkün deyil. Fəaliyyətini dediyim şərtlər əsasında quracaqsa, manera.az böyük nəaliyyətlər qazana biləcək. Sizə bu sahədə bol maliyyə, peşəkar komanda və şans arzulayıram.

İbrahim İlyaslı
Çox mübarək bir istəkdir... Ehtiyac duyulan yerimizdir. Təki hədəflərinizə yetəsiniz. İstəyinizdə israrlı olsanız niyə də nail ola bilməyəsiniz?! Uğurlar sizlərə!

Qalib Şəfahət

Hazırki, ədəbi prosesə bir mənalı yanaşmaq mümkin deyil. Başqa sahələrdə olduğu kimi ədəbiyyatda da tayfabazlıq, yerlibazlıq,sevgibazlıq, dostbazlıq özünü göstərməkdədir. Quruplaşmanın yeri gəlsə əlehinə deyiləm. Amma xoş məramlı olsa. Bir qrup adamlar ədəbi şou yaradırlar. Bir tənqitçi də durub elə yazır ki, göyün yeddi qatına qaldırır. Gözə kül üfürməklə məşğuldular. Cəmiyyətdə çaşqınlığa səbəb olur. Bu da oldu ədəbiyyat. Gəl yazıq oxucu bunları fəriqləndir. Fərqləndirənə kimi müəyyən vaxt keçir. Yadıma gəlir bir sayıta yazı göndərmişdim. Bir cənab dedi biz ancaq özümüzünküləri veririk. Başa düşmədim, özümüzün ki, kimdi, özgəninki kimdir. Amma buna baxmayaraq ədəbi cərəyan inkişaf edir. Ümid böyükdür. Inanıram ki, 1- 2 nəfər də olsa ciddi ədəbiyyat yaradıcısı olacaq. Mənim yanaşmam nikbindir. Bəlkə də bu deməyə əsas var. Hardasa mövqeyinizdən başa düşürəm ki, gözəl bir təşəbbüsələ ədəbiyyəata xidmət etmək ideyasındasız. Sağlam ideyalara əsaslanmaq istəyirsiniz. Inamım böyükdür. Məndən ancaq uğur diləmək qalır.

Sahib Əliyev

Hər halda getdiyiniz yolun sonu yaxşı bir nəticəyə gedib çıxa bilər. Bu işdə sizə uğurlar diləyirəm.

Nəriman Abdulrəhmanlı
Sərb və dözüm lazımdı. Yolunuz açıq olsun.Uğurlar!

Sərdar Amin

Qeyd etdiyiniz müdaxiləyə ehtiyac var, bu dəqiqdir. Amma bunun sizin bacarıb-bacarmayacağınızı deyə bilmirəm. Ən azından çevrənizə bələd deyiləm.

Elməddin Nicat

Ümumiyyətlə, əsl ədəbiyyat naminə atılan bütün addımlar təqdirəlaiqdir. Hər bir ədəbiyyat adamının öz fərqli və üslub manerası olmalıdır. Bu fərqlilikləri araya ərsəyə gətirmək isə zəhmət tələb edir. Sizə bu şərəfli və zəhmət tələb edən yolda uğurlar diliyirəm. Əlimdən nə gəlirsə əsirgəmədən yanınızda olacağam

Sudabə Sərvi

Həqiqətən bu gün ədəbi tənqid və ədəbiyyatşünaslıqda xaotik durum yaranıb, mən bir yazıçı-jurnalist kimi şəxsən bunun şahidiyəm. Bu gün ədəbiyyatın bütün sahələrində plagiatlıq baş alıb gedir, bunun da ən mühüm səbəbi ədəbi senzuranın omamasıdır.Əsl yazıçı vicdanının səsiiylə hərəkət etməlidir. Bütün cəmiyyəti düşündürən suallar yazıçının beynində, vicdaında olmalıdır. Çox çətin amma məsuliyyətli bir yola çıxmısınız. Düşünürem ki, bu işin öhdəsindən ləyaqətlə gələcəksiniz! Uğuralar! Uğurlar!!!

Günel Eyvazlı

Ədəbiyyat saytları nə qədər çox olsa, o qədər yaxşıdır. Saytlar arasında, xüsusilə ədəbiyyat saytları arasında (elə də çox deyillər) sağlam rəqabət olsa, bu yalnız və yalnız inkişafa gətirib çıxaracaq. Oxucu bolluğu, uğurlar arzu edirəm. Sayılıb, seçilənlərdən olasınız!

Ramilə Qardaşxanqızı

Düşünürəm ki, əmək sərf edilən bütün hadisələrin sonu xeyirlə tamamlanır. Hələ məqsəd-məramınız ədəbiyyata xidmət, bu günə və gələcəyə dəyərli ədəbi nümumələr vəd etmək, oxucu kütləsinin zövqünü həqiqi ədəbiyyatla marifləndirməkdirsə, niyə də yox? Əlbəttə, qarşıya qoyduğunuz bütün məqsədlərə nail olacaqsınız. Uğurlar!

Zakir Məmməd

Bu yolda uğurlar arzulayırıq. Hər halda dərginin ilk saylarının onun gələcək fəaliyyətinə böyük təsiri olacaqdır.

Fəxrəddin Meydanlı

Əgər sağlam düşüncə və məramla yanaşılarsa, qərəzsizlik və obyektivlik nümayiş etdirilərsə və ən əsası bu mügüm işlə səriştəli mütəxəssislər məşğul olarsa təbii ki yeni bir ədəbi tənqid meydanı yarana bilər

Xəlil Adıgözəl

Əlbəttə, çağdaş ədəbiyyatımızın bu yöndə, bu istiqamətdə savadlı,bilikli insanların müdaxiləsinə ehtiyacı var. Mən də bu yolda sizə əlimdən gələn qədər dəstək olmağa hazıram.

Şakir Xanhüseynli

Fərqlilik nümayiş etdirmək çox gözəldi. Bu yolda uğurlar. Səmimi deyim ki, bu saytı oxumamışam, amma bu andan bir ədəbi sayt kimi diqqətimdə olacaq.

Əli Rza Xələfli

Manera.az hansi gücdədir bunu hələ demək olmaz. Hələ ki, təfəkkürdən çox iddialı görünür. Çalışaram müşahidə edim, daha sonar düzgün qənaət deyim.

Qılman İman

Ədəbiyyatla bağlı hər bir addımı alqışlayıram! Bu çox gözəl bir missiyyadı. Ümid edirəm ki,nail olacaqsız! Sizə bu yolda uğurlar diləyirəm!

Emin Piri

Qisaca söyləyim ki,müasir, amma milli kökə qayıdışı unutmamaqla nail ola bilər.Əks halda kulis.az-ın aqibətini yaşayacaq.

Yeqzar Cəfərli

İnanıram ki, saytınız tezliklə qarşısına qoyğudu hədəflərə nail olacaq. Bəlli ki, sonrası zamanın ixtiyarındadır. Bu işdə əsas olaraq məqsəd və inam lazımdır. Bunlar ikisi olduqdan sonra ciddi çalışmaq və səmərəli işləmək amilləri meydana gəlir. Xaotik duruma biganə qala bilməməyiniz yaxşı haldı, ümid edirəm ki, bu saytınızın gələcək fəaliyyətində də açıq-aşkar hiss olunacaq.
Yolunuz açıq olsun!

Nicat Həşimzadə

İnsan ən ali varlıqdır. Mən insanın qüdrətinə inanıram. Müasir Azərbaycan cəmiyyətində ədəbiyyatla məşğul olmaq bəlkə də dünya tarixinin ən böyük fədakarlığıdır. Manera.az gərgin əmək, sarsızlam inamlar istənilən uğuru qazana bilər. Lakin bir məsələ var ki, hal-hazırda ədəbi-ictami portallar arasında hədsiz rəqabət var. Sizə bu rəqabətdə uğurlar arzu edirəm!

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930