Şəfiqə Axundovanın arzusu| MANERA.AZ
![]()
Xalq artistinin bacısı bu arzunu yerinə yetirmək istəyir
"Bacımın, Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın Şəkidəki evi hələ də alınıb muzey kimi fəaliyyət göstərmir. Bu, rəhmətlik bacımın da arzusu idi. Bu arzu gerçəkləşmədikcə, bir bacı kimi mən də narahat oluram".
Manera.az xəbər veri ki, bu sözləri xalq artisti, bəstəkar Şəfiqə Axundovanın bacısı Rəfiqə Axundova deyib.
R.Axundova kömək istədiyini dilə gətirib:"Şəfiqənin Şəkidəki dədə-baba evinin muzeyə çevrilməsini istəyirik. Həmin ev başqa adama satılıb. 10 min manata satılan evin geri alınıb, muzeyə çevrilsə, Şəkiyə gələn turistlər də həmin muzeyə gedib, bilərlər ki, bu bölgədə Şərqin ilk opera yazan qadın bəstəkarı yaşayıb. Bununla bağlı Şəki İcra Hakimiyyətinə müraciət etmişik, amma hələ də xəbər-ətər yoxdur. Əlaqədar qurumlardan xahiş edirəm, mənə kömək edin, bacımın arzusunu gerçəkləşdirək. Çünki Şəfiqə Axundova bütün Azərbaycana məxsus bəstəkardır”.