manera.az
manera.az

Gəncliyimizin Bakı küçələri... |MANERA

📅 16.03.2016 14:57

Gəncliyimizin Bakı küçələri...  |MANERA
İsraildə yaşayan həmvətənlərimiz - Rusiya Federasiyasının əməkdar artisti, skripkaçılar ansamblının yaradıcısı və bədii rəhbəri Mixail Parxomovski və tanınmış jurnalist, şair, Rusdilli Yazıçılar İttifaqı mükafatı laureatı Freddi Zorin ilə Bakıda silsilə görüşlər təşkil olunub.

MANERA.AZ xəbər verir ki, “Gəncliyimizin Bakı küçələri” adı altında baş tutan ilk görüş Bakı Slavyan Universitetində keçirilib.

BSU-nun rektoru, professor Asif Hacıyev dəyərli incəsənət xadimləri ilə ilk görüşün Bakı Slavyan Universitetində olmasından qürur hissi ilə danışıb. Sənətkarların yaradıcılıq fəaliyyətindən söz açan Asif Hacıyev Mixail Parxomovski və Freddi Zorinin incəsənət və ədəbiyyat sahəsində qazandıqları nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib. Rektor vurğulayıb ki, Azərbaycanda uzun illərdir yaşamadıqlarına rəğmən hər iki sənətkarın Vətən, Bakı mövzusunda yazdıqları şeir və mahnılar onların qəlbində Azərbaycana qarşı böyük məhəbbətin göstəricisidir.
Gəncliyimizin Bakı küçələri...  |MANERA
Azərbaycana, Bakıya yenidən gəlməyin sevincini iştirakçılarla bölüşən Freddi Zorin Bakı Slavyan Universitetində gənclərin ədəbiyyata olan marağını yüksək qiymətləndirib. Tanınmış jurnalist uşaqlığını keçirdiyi Bakının heyrətamiz inkişafından danışıb, Bakı haqqında yazdığı şeirləri həmvətənləri üçün səsləndirib.

Əməkdar artist Mixail Parxomovski çıxışında azərbaycanlılarla bir arada olmaqdan məmnunluğunu dilə gətirib, Bakı ilə bağlı xatirələrindən söz açıb.

Tədbirdə Freddi Zorinin Azərbaycan, Bakı haqqında olan şeirlərinə bəstələnmiş məşhur mahnıların fonunda köhnə və müasir Bakının görüntülərini əks etdirən video-çarx təqdim edilib.


Baxış sayı - 2 096 | Yüklənmə tarixi: 16.03.2016 14:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031