manera.az
manera.az

Yaradıcılıq Fakültəsində xalq artistiylə görüş _MANERA

📅 03.03.2016 17:12

Yaradıcılıq Fakültəsində xalq artistiylə görüş _MANERA


MANERA.AZ xəbər verir ki, bu gün Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsində tanınmış teatr və kino aktyoru Tariyel Qasımovla görüş keçirilib.

Görüşdə əvvəlcə fakültənin müəllimi, "Sönməyən ulduzlar" teatrının rəhbəri Rafiq Kaşanlı çıxış edərək aktyorluq sənətinin incəlikləri haqda danışıb.

Sonra R. Kaşanlı xalq artisti Tariyel Qasımovu tələbələrə təqdim edərək, onun yaradıcılıq fəaliyyətinin gənc nəsil üçün əsl məktəb olduğunu xüsusi vurğulayıb.

Söz T. Qasımova verilib.

İstər komediyada, istər faciədə aktyorun ciddiliyinin vacib məsələ olduğunu qeyd edən xalq artisti, deyib ki, biz özümüzdən böyüklərə, ustadlarımıza baxmışıq və onlardan sənətə hörməti, sənətə qayğını öyrənmişik. Gördükləri işlərdə hikmət görmüşük, hikmət sahibləri olublar. Rollarında, tamaşaya qoyulan əsərlərdə bir hikmət var idi. Mən düşünürəm ki, hər bir obrazın, hər bir tamaşanın cəmiyyət üçün, gənclik üçün tərbiyəvi əhəmiyyəti olmalıdır.

“Aktyorluq sənəti uzaqdan çoxuna asan görünə bilər.Amma əslində aktyor sənəti böyük bir yaradıcılıq işidir. Aktyorluq sənəti gecə-gündüz məşqlər tələb edir. Teatr səhnəsi, tamaşa salonunda tamaşaçı alqışları-bunların hamısı böyük məsuliyyətdir.” – deyən T.Qasımov aktyorluq sənətinin onun üçün şərəfli bir iş olduğunu bildirib.

Daha sonra Tariel Qasımov tələbələrin suallarını cavablandırıb.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.
Yaradıcılıq Fakültəsində xalq artistiylə görüş _MANERA
Yaradıcılıq Fakültəsində xalq artistiylə görüş _MANERA


Baxış sayı - 1 869 | Yüklənmə tarixi: 03.03.2016 17:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031