Səfiri xanım görüş keçirilib _MANERA
MANERA.AZ xəbər verir ki, Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzan Cəmil ilə Azərbaycan Diplomatiya Akademiyasının rektoru professor Hafiz Paşayev arasında görüş keçirilib.
Əvvəlcə xanım Suzan Cəmil görüş üçün ADA Universitetinin rektoruna öz təşəkkürünü bildirib.
Daha sonra Azərbaycana səfir təyin edildiyi vaxtdan Azərbaycanla yaxından tanışlıqdan, Azərbaycan xalqının qonaqpərvərliyinindən söhbət açan xanım səfir ADA Universitetinin Azərbaycan təhsilindəki yüksək rolunu qiymətləndirib.
ADA Universitetinin rektoru professor Hafiz Paşayev də öz növbəsində Universitetinin yaranma tarixindən, uğurlarından, müxtəlif universitetlərlə əlaqələri barədə məlumat verdi.
Görüş zamanı tərəflər arasında Misir universitetləri və ADA Universiteti arasında təhsil əlaqələrinin və tələbə mübadiləsinin genişlənməsindən, yaxın vaxtlarda Misir Elm və Texnologiya Universiteti ilə ADA Universiteti arasında bağlanılması gözlənilən müqavilə haqqında fikirlər müzakirə olundu.