manera.az
manera.az

İlin ən pis filmi _MANERA

📅 29.02.2016 11:13

İlin ən pis filmi _MANERA

"Bozun 50 çaları" melodramı ilin ən pis filmi seçilib.

Los-Ancelesdə 36-cı "Qızıl moruq" mükafatlandırma mərasimi baş tutub.

Mərasimdə rejissor Sem Teylor-Consonun "Bozun 50 çaları" filmi aldığı mükaftlar sayına görə rekord qırıb.

Lentin ilin ən pis filmi elan edilməsindən savayı, baş rolların ifaçıları Dakota Conson və Ceymi Dornana müvafiq olaraq "Ən pis aktrisa" və "Ən pis aktyor" nominasiyalarında "qalib" gəliblər. Onlar, həmçinin Amerikanın ən uğursuz aktyor cütlütü seçiliblər. Film, həmçinin ssenari müəllifinə görə də ən pis mükafata layiq görülüb.
İlin ən pis filmi _MANERA
"Fantastik dördlük" filmi, həmçinin ilin ən pis lenti seçilib. Onun rejissoru Coş Trank ən zəif rejissorluğa görə "mükafat" alıb.

"Ən pis ikinci dərəcəli aktyor" nominasiyasında isə Böyük Britaniyalı aktyor Eddi Redmeyn "qalib" gəlib. Aktyor bu ada "Dirçəliş Yupiter" filmindəki roluna görə layiq görülüb.

Ötən il Redmeyn "Stiven Xokingin kainatı" filmində alim Stiven Xokingin obrazını canlandırdığı üçün "Oskar" mükafatı alıb.

"Ən pis ikinci dərəcəli aktrisa" adını isə Keyli Kuoko "Elvin və burunduklar: möhtəşəm macəra" filmində burundukların birini səsləndirdiyinə görə alıb.

Mükafatlandırma mərasiminin yeganə müsbət nominasiyası olan və keçmiş "Qızıl moruq" mükafatçılarına şamil edilən "Nüfuzun ən yaxşı bərpa edilməsi" nominasiyasında isə Hollivud ulduzu Silvester Stallone qalib gəlib. Stallone bu mükafata "Krid: Rokkinin irsi" filmində canlandırdığı əfsanəvi Rokki obrazına görə layiq görülüb. Bu rola görə aktyor artıq "Qızıl Qlobus" alıb və "Oskara" namizədliyi irəli sürülüb.
İlin ən pis filmi _MANERA
"Qızıl moruq" mükafatı 1980-ci ildə təsis edilib. Nominantları 20 ölkədən və Amerika ştatlarından olan 700 nəfərdən ibarət eyniadlı fond seçir. Mükafata ABŞ və Kanandada çəkilən filmlər layiq görülə bilərlər. Moruq formasında hazırlanan və qızılı rəngə boyanan dəyəri 5 dollardan az olan heykəlciyi Silvestr Stallone ilə yanaşı Kevin Kostner, Şeron Stoun, Holli Berri kimi məşhur aktyorlar alıblar.




Baxış sayı - 1 729 | Yüklənmə tarixi: 29.02.2016 11:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031