manera.az
manera.az

BSU inklyuziv təhsilin öyrədilməsində maraqlıdır MANERA.AZ

📅 23.02.2016 15:06

BSU inklyuziv təhsilin öyrədilməsində maraqlıdır MANERA.AZ

Bakı Slavyan Universiteti dünyanın tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq xəttini genişləndirir

MANERA.AZ xəbər verir ki, bu günlərdə universitet Moskva Dövlət Humanitar-İqtisadiyyat Universiteti (MDHİU) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Universitetdən verilən məlumata görə, müqavilədə inklyuziv təhsil sahəsində birgə elmi araşdır¬maların aparılması, elmi-praktik konfransların və seminarların təşkili, müştərək elmi məcmuələrin və vəsaitlərin nəşri, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.

BSU inklyuziv təhsil üzrə maraqlı tədris proqramlarına və lazımi infrastruktura malik olan bu universitetin təcrübəsinin öyrənilməsi və tətbiqi isqamətində əməkdaşlıqda maraqlıdır.

Qeyd edək ki, MDHİU MDB məkanında yeganə universitetdir ki, burada fiziki məhdudiyyətli insanların yüksək səviyyədə təhsil almaları üçün bütün tələblərə cavab verən şərait yaradılıb.

Hazırda həmin universitetdə Azərbaycandan üç paralimpiyaçı idmançı təhsil alır.


Baxış sayı - 2 128 | Yüklənmə tarixi: 23.02.2016 15:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930