manera.az
manera.az

Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar

📅 19.04.2023 05:13

Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar

Ankarada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) təşkilatçılığı ilə Türkiyə Cumhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 18-22 Aprel tarixlərini əhatə edəcək “Türkiyə-Azərbaycan qardaşlıq həftəsi” adlı silsilə proqramlar həyata keçiriləcək.

|18.04.2023| “Qardaşlıq həftəsi”nin açılış mərasimi bu gün TADİV-in ev sahibliyində “Şuşa” konqres mərkəzində baş tutub.

Proqrama Azərbaycandan Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı, Tərxis Olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qazi Əhliyət Mehdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, müğənni Azərin, Türkiyədən Ted Universitetinin rektoru Prof. Dr. İhsan Sabuncuoğlu, Universitetinin rektoru Nejdet Ünivar Avrasya Yazarlar Birliyinin sədri Yakub Ömeroğlu, Türkiyənin QHT təmsilçiləri və medya nümayəndələri qatılıb.

Proqramda TADİV sədri, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Prof. Dr. Aygün Attar açılış nitqi söyləyib. Aygün Attar qonaqları TADİV-də görməkdən məmnunluğunu ifadə edib. Sonra TADİV-in fəaliyyət tarixindən bəhs edib, “Qardaşlıq həftəsi” haqda tədbir iştirakçılarına geniş məlumat verib. O, TADİV-in təşkilatçılığı ilə bir həftə ərzində Ankarada çox önəmli konfranslar, sərgi və konsertlərin keçiriləcəyini bildirib, tədbirin Türkiyə Cümhuriyyətinin yaranmasının və Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilməsinə diqqət çəkib.

Həmçinin Prof. Dr. Aygün Attar tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətini yüksək dəyərləndirərək vurğulayıb ki, TADİV tərəfindən keçirilən tədbirlərin mahiyyəti də Azərbaycan-Türkiyə tarixi qardaşlığının təcəssümüdür.
Daha sonra çıxışçılara söz verilib.

Çıxışlarda Azərbaycan-Türkiyə arasında mədəni və siyasi əlaqələrə töhfə verəcək önəmli fəaliyyətlərə ev sahibliyi etdiyi üçün TADİV başqanına təşəkkür edilib.

Natiqlər diqqətə çatdırıblar ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” və ümummilli lider Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir!” şüarları bu gün reallıqdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri, birgə qərarları, qətiyyətli addımları tarixi Zəfərin qazanılmasında mühüm amil oldu. Əminliklə bildirilib ki, bütün dünya üçün nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı regionda sülhü, sabitliyi və inkişafı təmin edəcək və qoruyacaq.

Ankara Universiteti rektoru Prof.Dr. Necdat Ünüvar
çıxışında Türkiyə-Azərbaycan dostluğundan söz açıb. Nəriman Nərimanovun Atatürkün yardımla bağlı təşəkkürünə "Qardaşın qardaşa borcu olmaz", - deyə cavabını yada salan Necdat Ünüvar eynilə Azərbaycan Prezidenti İlham Əliyevin Praqada da o zamankı Ermənistan rəhbərliyinin Türkiyə əleyhinə çıxışına "Türkiyə burda yoxdur, mən varam", - deyə cavab verdiyini xatırladıb.
Necdat Ünüvar iki ölkənin təhsil qurumları arasında əlaqələrin gücləndirilməsinin vacibliyi barədə də danışıb. O, pandemiya dövründə Ankara Universitetinin Azərbaycanın 3 universitetinə onlayn dərslər keçmək üçün tam dəstək verildiyini xatırladıb.

Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev Qarabağ zəfərində Türkiyənin dəstəyi, Şuşa Bəyannaməsi barədə danışıb.

Adil Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycanın dostluğu iki ölkə arasında münasibətdən daha artıqdır. O, Azərbaycanın zəlzələdən sonra da bölgəni tərk etmədiyini, bölgənin yenidən qurulmasında və inşasında da iştirak edəcəyini qeyd edib.

Komitə sədri Ziyafət Əsgərov çıxışında Ulu Öndər Heydər Əliyevlə M.K. Atatürkün fəaliyyətindəki bənzərliklərdən bəhs edib. Hər iki Öndərin Azərbaycan-Türkiyə münasibətlərinə dair ideyalarının bu gün iki ölkə Prezidentləri tərəfinfən uğurla davam etdirildiyini dilə gətirib.

Ermənilərin Qarabağa süni şəkildə gətirilməsi barədə danışan Ziyafət Əsgərov Türkiyənin Qarabağ savaşında Azərbaycana dəstəyini vurğulayıb.
"Şuşa Bəyannaməsi bizim qardaşlığımıza müttəfiqlik statusu verdi" deyən Z.Əsgərov güclü Türkiyənin olmasını istəməyən qüvvələrin mövcudluğunu təəssüflə qeyd edib.

APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı Türkiyənin Türk və İslam dünyası üçün vacibliyindən danışıb: "Türkiyənin inkişaf edən müdafiə sənayesi təkcə bu bölgələrdə terroru bitirmədi, həm də Qarabağda müharibənin zəfərlə yekunlaşmasında mühüm rol oynadı. İki liderin güclü iradəsi və Türkiyə-Azərbaycan dostluğu bütün çətinliklərin öhdəsindən gəlməyə qadirdir”.

Vüsalə Mahirqızı qeyd edib ki, Türkiyə artıq bölgə üçün mühüm dəniz dövlətidir: “Türkiyənin bölgədəki rolu təkcə Türk dünyası üçün deyil, həm də region və dünya üçün danılmazdır. Biz bunu ən bariz şəkildə Rusiya-Ukrayna müharibəsində gördük. Türkiyə bu bölgədə söz sahibinə çevrildi. Bu regionda artıq Türkiyə və Azərbaycan olmadan heç bir qərar verilmir”.

Milli Məclisin komitə sədri Hicran Hüseynova Türkiyə Prezidenti Ərdoğanın Qarabağa səfərlərini xatırladıb. O, Zəngəzurla bağlı Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin apardığı işlərdən danışıb.

TED Universitetinin rektoru, professor İhsan Sabuncuoğlu da Qarabağ savaşından sonra hazırkı həmrəyliyin işbirliyinə çevrilməsinin vacibliyini vurğulayıb: “Bir neçə ay öncə Azərbaycanda 55 universitetin rektoru ilə görüşdük. Azərbaycan və Türkiyə universitetlərinin təcrübə mübadiləsi vacibdir. Daha çox beynəlxalq layihələr icra etməliyik".

Rektor TED Universitetinin Azərbaycandan şəhid və qazi ailəsindən olan 4 tələbəyə burs vermək istədiyini qeyd edib.

Avrasiya Yazarlar Birliyi başqanı Yakup Öməroğlu birliyin jurnalının bir sayının Türkiyədə baş verən "Əsrin fəlakəti" sayılan zəlzələyə həsr olunduğunu bildirib: "Zəlzələ zamanı 123 ölkə Türkiyəyə dəstək oldu, 88 ölkə burada xilasetmə işlərində iştirak etdi. Amma bu zəlzələnin acısını ancaq türk dünyası ədəbiyyatı yazdı. Jurnalımızda 110 şeir dərc olunub".
Başqan bildirib ki, Qarabağ zəfərinin də yazılması lazımdır.

Qarabağ qazisi Əhliyət Mehdiyev
də Qarabağ savaşından danışıb. O, zəlzələ zamanı 1 ay ərzində 200 gənclə birlikdə zəlzələ bölgəsində çalışdıqlarını xatırladıb: "Biz zəlzələ bölgəsində də Qarabağ müharibəsindəki kimi mübarizə apardıq".

Tədbirdən sonra qonaqlara iftar süfrəsi açılıb.

Şəhla Aslan,
Ankara

MANERA.AZ


Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar
Ankarada “Qardaşlıq həftəsi”nə start verildi – FOTOlar


Baxış sayı - 299 | Yüklənmə tarixi: 19.04.2023 05:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031