manera.az
manera.az

Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO

📅 23.03.2019 13:23

Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Flora Qasımova bu il Novruz bayramını Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərli ilə birgə qeyd edib.

Manera.az xəbər verir ki, Flora Qasımova kənd sakinləri tərəfindən xoş münasibətlə qarşılanıb.

Millət vəkili kənd ərazisini gəzib, əhalinin yaşayış tərzi ilə yaxından tanış olub. Sakinlərlə söhbətləşən millət vəkili onları təbrik edib, arzu və istəklərini dinləyib.

Millət vəkili Cocuq Mərcanlıda - VİDEO.

Millət vəkili xüsusi olaraq Cocuq Mərcanlı düşmən nəzarətindən azad olunana qədər kəndi tərk etməyən Oqtay Həziyevin ailəsini ziyarət edib, onlara bayram hədiyyələri təqdim edib, onlarla səmimi söhbət edərək problemləri ilə maraqlanıb.

Millət vəkili Oqtay Həziyevin ailəsi ilə görüşüb- VİDEO

Daha sonra Cocuq Mərcanlıda ilk də həyata keçirilən Azərbaycan Dövlət Televiziyası (AzTV) və Cəbrayıl rayon İcra Hakimiyyətinin sakinlər üçün təşkil etdikləri Novruz şənliyinin canlı yayımlandığı proqrama qatılan millət vəkili öz arzularını dilə gətirib.

Qeyd edək ki, millət vəkilinin ümid dolu çıxışı kənd sakinlərində yüksək-əhval ruhiyyə yaradıb. Onlar millət vəkilinə Cocuq Mərcanlı sakinlərini tez-tez ziyarət etdiyi üçün öz minnətdarlıqlarını bildiriblər.
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Millət vəkili Novruz bayramını Cocuq Mərcanlıda qeyd etdi - VİDEO
Şəhla Aslan,
MANERA.AZ


Baxış sayı - 1 720 | Yüklənmə tarixi: 23.03.2019 13:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031