manera.az
manera.az

İlqar İsmayılzadənin yeni kitabı nəşr olunub – “Tomris ödüllü xanımlar”

📅 03.09.2026 10:01

İlqar İsmayılzadənin yeni kitabı nəşr olunub – “Tomris ödüllü xanımlar”
Fəlsəfə üzrə fəlsəfə doktoru, yazıçı-publisist İlqar İsmayılzadənin “Tomris ödüllü xanımlar” adlı yeni kitabı işıq üzü görüb.

Cəlilabad ədəbi mühitinin “Tomris” fəxri ödülünə layiq görülmüş altı tanınmış xanım yazarın yaradıcılığına həsr olunan kitab “Həməşəra” mətbu orqanının nəşri, “Qazi” Çap Mərkəzinin çapı ilə 2026-cı ildə ərsəyə gəlib.

Kitabda Türk dünyasının ilk qadın hökmdarı kimi tanınan Tomris xatun haqqında qədim yunan tarixçisi Herodotun “Tarix” əsəri əsasında məlumatlar təqdim edilir. Eyni zamanda “Tomris” ödülünə layiq görülmüş Ustad Şəhla Rəvan, Hicran Fuad Əhmədli, Sevinc Şirvanlı, Pərvanə İsgəndərqızı, Atlaz Rzayi və Aydan Nizamiqızının bioqrafik məlumatları oxuculara çatdırılır.

Nəşrin əsas məqsədlərindən biri həm adıçəkilən xanım yazarları daha yaxından tanıtmaq, həm də Turan Yazarlar Birliyinin nəzdində xanımlar üçün təsis edilmiş “Tomris” fəxri ödülünün ədəbi mühitdə tanıdılmasına və adının yaşadılmasına töhfə verməkdir.

Müəllif kitabın ərsəyə gəlməsində dəstək göstərənlərə, eləcə də “Qazi” Çap Mərkəzinin rəhbəri Yasər İsmayılova və əməkdaşı Nurəddin Hüseynova təşəkkürünü bildirib.

Manera.az


Baxış sayı - 85 | Yüklənmə tarixi: 03.09.2026 10:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930