manera.az
manera.az

Ramiz Qusarçaylı ilə görüş keçirilib - Fotolar

Ramiz Qusarçaylı ilə görüş keçirilib - Fotolar
Aprelin 3-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə tanınmış şair Ramiz Qusarçaylının görüşü keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə birinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ayaz Səlimxanoğlu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları Fidan Hüseynova və Gülnar Şükürlü, məktəbin direktoru Mərhəmət Ağayev, müavinlər Nuranə Mustafayeva və Fatimə Mövlanova, müəllimlərdən Sayad Ağayeva, Aynurə Taibova və başqaları Ramiz Qusarçaylının yaradıcılığıyla bağlı maraqlı və özünəməxsus çıxışlar ediblər.

Məktəbin şagirdlərindən Nərmin, Elton, Şəbnəm, Nigar, Elsevər, Romanın və başqa şagirdlərin ifasında Ramiz Qusarçaylının şeirləri səslənib, Həmidə və Hüseynin hazırladığı milli rəqs nümayiş etdirilib.

Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəb kitabxanasına şairin kitabları hədiyyə edilib, xatirə şəkilləri çəkilib.

Tədbirin təşkilinə görə xüsusi əməyi keçən məktəbin müəllimi Fatimə Mövlanovaya və hər kəsə şair təşəkkürünü bildirib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31