manera.az
manera.az

ADPU-nun Quba filialında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

ADPU-nun Quba filialında Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Quba filialında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə filialın professor-müəllim heyəti, əməkdaşlar, həmkarlar, VİQAS- Psixoloji və nitq inkişafı mərkəzinin direktoru Fidan xanım Bağırova, Şəhid Kapitan Aqil Məlikovun qızı Xədicə Məlikova, və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva açıq elan edib, qeyd edib ki, təhsil inkişafın ön cəbhəsidir. Bu inkişafda pay sahibi olmaq isə biz müəllimlərin ən böyük arzusudur.Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında da siz müəllimlərin əməyi danılmazdır.

Daha sonra tədbir filialın İBT ixtisasının III tədris ili tələbəsi Səma Asəfovanın moderatorluğu ilə davam edib, tədbirdə filial tələbələrinin təqdimatında şeirlər səsləndirilib, müəllim əməyinin təzahürü olacaq ifadələr vurğulanıb. Sonra filialda qonaq kimi iştirak edən Şəhid Kapitan Aqil Məlikovun qızı Xədicə Məlikova, VİQAS- Psixoloji və nitq inkişafı mərkəzinin direktoru Fidan xanım Bağırova və filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Mürvət Əliyev tərəfindən filial kollektivinə təbrik ünvanlanıb, direktor dosent Y.Alıyev Fəxri Fərman, Təşəkkürnamə və hədiyyə ilə təltif edilib.

Sonda söz filialın direktoru dosent Y.Alıyevə təqdim edilib.Dos Y.Alıyev qeyd edib ki,bildiyiniz kimi, sizlərlə birlikdə addımladığımızdan artıq 3 il keçir.

Bu 3 il ərzində hörmətli rektorumuz professor Cəfər Cəfərovun rəhbərliyi altında bizim filialimizda da bir çox uğurlu işlər görülmüşdür. Maddi texniki bazanın müasirləşməsi, yeni layihələrin icrası, filialın gələcək müstəqil ali məktəb üçün zəminin hazırlanması, ümumilikdə bütün gördüyümüz əməli fəaliyyətlər Azərbaycan təhsilinin, Azərbaycan gəncliyinin inkişafına xidmət edir. Biz əlimizdən gələni edirik ki, gələcəyin müəllimlərini sağlam təməllər üzərində hazırlayaq, onlara nümunə olmağı bacaraq. Bu gün əgər öz sahəsində uğur əldə edən məzunlarımız varsa, bunda bizim də əməyimiz danılmazdır. Həmçinin, həyat sübut etdi ki, dünənin müəllimi bu günün qəhrəman əsgəri kimi düşmənə qan uddurdu.

Ümid edirəm ki, bundan sonrakı zamanda da, bizlər daha böyük uğurlara, daha da böyük nailiyyətlərə birlikdə imza atarıq. Həm dəyərli müəllimlərimiz, həm dəyərli əməkdaşlarımız, həm də dəyərli tələbələrimiz üçün daha genis imkanlar, perspektivlər öz həll yolunu tapacaqdır. Mən buna səmimi qəlbdən inanıram və bunun üçün əlimdən gələn heç bir şeyi əsirgəməyəcəyimə dair sizlərə söz verirəm.

Bir daha sizə fədakar əməyinizə görə təşəkkür edir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!

Daha sonra filialda tədris ili ərzində elmi pedaqoji və təşkilatı fəaliyyətinə görə fərqlənən müəllim və əməkdaşlar Fəxri Fərmana layiq görülüb.

Yaşasın Azərbaycanımız! Yaşasın Azərbaycan müəllimi!
Bayramınız mübarək!


ADPU-nun Quba filialında Beynəlxalq Müəllimlər Günü qeyd olunub
ADPU-nun Quba filialında Beynəlxalq Müəllimlər Günü qeyd olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031