manera.az
manera.az

“Sadığın toyu” olacaq _MANERA

📅 17.02.2016 11:45

“Sadığın toyu” olacaq _MANERA
Gəncə Dövlət Dram teatrının səhnəsində Sahib İbrahimlinin “Sadığın toyu” komediyası üzərində yaradıçılıq işinə başlanılıb

Gəncə Dövlət Dram teatrı artıq yerli dramaturq olan Sahib İbrahimlinin bununla dördüncü pyesinə müraciət edir.

Teatrın direktoru Əli Qasımovun MANERA.AZ-a verdiyi məlumata görə, pyesin qruluşçu rejissoru, respublikanın xalq artisti Vaqif Şərifovdur.

Onun sözlərinə görə, tamaşada xalq atisti Alim Məmmədov (Cəfər), Zəminə Cəfərova (Nərgiz), Samir Abbasov (Sadıq), Rauf Hüseynov (Mozu), Elnur Abbasov (Şahnəli), Ramil Hüseynov (Honnadan), Mətləb Təhmazi (Mürsəl), Nailə Əhmədova (Lalə), Vasif İsmayılov (Tanrıverdi), Elnur Məmmədov (Salman) və Akif Səfərov (Qoquyev) obrazlarında çıxış edecəklər.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Elnur Axundov, Musiqi tərtibatçısı isə Elşən Cəfərovdur. Tamaşa fevral ayının sonunda teatrsevərlərə təqdim olunacaq.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 665 | Yüklənmə tarixi: 17.02.2016 11:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930