7-ci Türk Dünyası Elm və Mədəniyyət Festivalına müracət başlayıb
Türk Dünyası Uşaq Fondu tərəfindən keçirilən bu müsabiqədə gənc ixtiraçılar layihələrini sərgiləyəcəklər.
Türk dünyasının uşaqlarını bir araya gətirən bu ənənəvi elm və mədəniyyət şənliyi bu il 20-22 noyabr 2024-cü il tarixlərində Türkiyənin Samsun şəhərində baş tutacaq.
Türk Dünyası Uşaq Fondu (TDUF) tərəfindən 7-ci dəfə təşkil olunan şənlikdə Türk dünyası ölkələri daxil olmaqla iyirmidən çox ölkənin iştirakçıları layihələrini təqdim ediləcək.
TDUF sədri Azim Tuna MANERA.AZ-a verdiyi məlumata görə, Türk dünyasının hər yerindən və Türkiyənin və Türk Dünyası ölkələrindən şagirdlərin layihələrinin yarışacağını qeyd edib. O, müsabiqədə qalib gələnlərə ümumilikdə 300 min TL mükafat veriləcəyini bildirib.
Azim Tuna yarışmada orta məktəb səviyyəsində olan şagirdlərə xüsusi diqqət ayrıldığını vurğulayıb. Hər bir layihə alimlərdən ibarət xüsusi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Tuna: "Bu xüsusən orta məktəb səviyyəsindəki şagirdlərimizə yönəlmiş bir müsabiqədir. Övladlarımız bu yarışmaya internet üzərindən pulsuz olaraq müraciət edə bilərlər. Finala qalan yüz layihənin sahibi olan şagirdləri isə müəllimləri ilə birlikdə Türkiyədə bir həftə qonaq edəcəyik. Xərclər fond tərəfindən qarşılanacaq" deyib.
Qeyd edək ki, şənliyinə qatılmaq istəyən şagirdlər 20 oktyabr 2024-cü il tarixinə qədər www.tdbo.org saytı üzərindən layihələrini göndərə bilərlər.