manera.az
manera.az

Vahid Aslan: "İstərdim ki.." _MANERA

📅 16.02.2016 17:03

Vahid Aslan: "İstərdim ki.." _MANERA
MANERA.AZ Vahid Aslanın şeirini təqdim edir:

İstərdim ki...

Elə bir şəhərdə

Yaşamaq istərdim ki,

Orada hər axşam yağışlar yağsın,

Nə xəyanətlər

Gözə dursun,

Nə günahlar dizə çıxsın,..

Orada bir muzey olsun,

Göz yaşları muzeyi.

Düşünsünlər ki,

Insanlar ağlayırmış

Bir zamanlar;

Orada bir heykəl olsun,

Aldanan ümidlər heykəli.

Orada hər gün imdad diləyənlərin

Göylərə uzanmasın əlləri;

Orada insanlar

Tanrısını

Göy üzündə axtarmasın,

Orada insanların

Tanrısı

Ürəyinin içində olsun...


Baxış sayı - 2 668 | Yüklənmə tarixi: 16.02.2016 17:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930