Ankarada ilk Türk Dünyası şöləni böyük coşqu ilə keçirildi - Fotolar
Ankaranın Keçiören ilçəsində Ankara şəhər Keçiören bələdiyyəsi və TÜRKSOY-la birgə ilk dəfə Türk Dünyası Şöleni böyük coşqu ilə keçirildi.
Şölən çərçivəsində Keçiörendəki Yayla məhəlləsindəki Lavanta və Gül Bağı parkında reallaşan tədbirdə Türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş konsert proqramı təqdim edildi.
Şölenin açılışında çıxış edən Keçiören Bələdiyyə Başçısı Mesut Özarslan Türk dünyasının mədəni zənginliklərini bir araya gətirən bu tədbirin qardaşlıq və birlik mesajı verdiyini vurğuladı.
Ankara Böyükşəhər Bələdiyyə Başqanı Mansur Yavaş
isə bu kimi tədbirlərin şəhərlər arasındakı mədəni əlaqələri gücləndirdiyini və cəmiyyətlər arasındakı həmrəyliyi artırdığını qeyd etdi. Tədbirdə iştirak edən çoxsaylı səfirlər və səfirlik nümayəndələri də öz ölkələrinin mədəniyyətlərini tanıtmaq imkanı əldə etdilər.
Şöləndə Azərbaycanı Türkiyədəki Səfirliyimizə bağlı Mədəniyyət Mərkəzinin müdiri Samir Abbasov təmsil etdi. S. Abbasova Bələdiyyə başçısı tərəfindən xatirə hədiyyələri təqdim edildi.
Şölən boyunca müxtəlif xalq oyunları göstəriləri, ənənəvi əl sənətləri stendləri və yerli ləzzətlərin təqdim edildiyi yemək stendləri böyük maraq gördü. Qonaqlar lavanda bağına gedərək öz əlləri ilə lavanda topladılar. Şölen, rəngli görüntülər və coşqulu anlarla sona çatdı.
Şəhla Aslan,
Ankara, Keçiörən
MANERA.AZ