manera.az
manera.az

Ankarada Qarabağlı sənətçilər konsert proqramı ilə çıxış ediblər - Foto

📅 14.11.2023 20:22

Ankarada Qarabağlı sənətçilər konsert proqramı ilə çıxış ediblər - Foto

Ankarada Türkiyə Prezident Adminstrasiyasının Simfonik Orkestrinin binasında Qarabağdan olan gənc sənətkarların iştirakı ilə konsert proqramı keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım, Türkiyədəki xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də iki ölkənin dövlət və qeyri-hökumət təşkilatlarının tanınmış nümayəndələri, media mənsubları iştirak ediblər.

Konsert proqramında Azərbaycanın əməkdar artistləri Anar Şuşalı, İlkin Əhmədov, Günay İmamvediyeva müxtəlif mahnılar ifa ediblər. Proqramda rəqs ansamblı çıxış edib. Rəşad İbrahimovın tarda, Təbriz Yusubovun kamançada, Soltan Əliyevin nağarada ifası diqqəti cəlb edib.

Konsert proqramı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə baş tutub. Bundan başqa Ankarada "Şuşa-2023 Türk Dünyasının Mədəniyyət Paytaxtı" çərçivəsində "Şuşa Mədəniyyət Günləri" adlı silsilə tədbirlər də keçirilib.

Şəhla Aslan,
Ankara


Ankarada Qarabağlı sənətçilər konsert proqramı ilə çıxış ediblər - Foto
Ankarada Qarabağlı sənətçilər konsert proqramı ilə çıxış ediblər - Foto


Baxış sayı - 1 167 | Yüklənmə tarixi: 14.11.2023 20:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930