manera.az
manera.az

Yazıçı İlham Əzizin müəllifi olduğu “Qəvvas” romanının təqdimatı olub

📅 12.04.2026 15:47

Yazıçı İlham Əzizin müəllifi olduğu “Qəvvas” romanının təqdimatı olub
“Park” nəşriyyatının təsisçisi, şair Şəhriyar del Geraninin moderatorluğu ilə keçirilən tədbirdə tanınmış yazıçılar, ictimai-siyasi xadimlər, media nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak ediblər.

Şəhriyar del Gerani “Qəvvas” romanının strukturu, dil-üslub xüsusiyyətləri, bədii məziyyətləri barədə söhbət açıb, romanın məhz “Park” nəşriyyatında çap olunmağının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, nəşriyyatda çap olunan ilk romanın təqdimatının nəşriyyatın 1 yaşına təsadüf etməsi əlamətdardır.

Tədbirdə çıxış edənlər İlham Əzizin yaradıcılığı barədə fikirlərini bölüşüb, yeni romanla bağlı müəllifi təbrik edib və yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, romanın mərkəzində öz təbiətindən uzaq düşmüş bir insanın qayıdışı dayanır: yad məkanların sərt sınaqlarından keçərək o, nəhayət, özünə və kökünə dönməyə məcbur olur. Bu qayıdış sadəcə fiziki deyil, həm də mənəvi bir hesabatdır - keçmişin kölgələri ilə üzləşmə və daxili təmizlənmə cəhdidir. "Qəvvas" romanı insanın mahiyyəti ilə taleyi arasındakı gərgin qarşıdurmanı incə psixoloji çalarlarla açır. Roman insanın bəlalar içində saflaşaraq yenidən doğulmasını, özünü tapmasını təsirli şəkildə təqdim edir.

Xatırladaq ki, romanın redaktoru Şəhriyar del Gerani, korrektoru isə Nihat Pirdir.


Baxış sayı - 21 | Yüklənmə tarixi: 12.04.2026 15:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930