manera.az
manera.az

Namiq Dəlidağlının yeni kitabınıın "İmza günü" keçirilib

Namiq Dəlidağlının yeni kitabınıın "İmza günü" keçirilib


Sumqayıt “Poeziya Evi”ində şair, jurnalist Namiq Dəlidağlının “Otel otağından reportaj” adlı yeni kitabının “İmza günü” keçirilib.

Müəllifin həmkarlarının, yaxın dostlarının iştirak etdiyi tədbiri giriş sözü ilə şair İbrahim İlyaslı açaraq Namiq Dəlidağlının həyat və yaradıcılığından bəhs edib.

Tədbirdə yaşlı nəslin nümayəndələri, şairlərdən Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Ofelya Babayeva, Qüdrət Muğanlı, Ələsgər Həsənli, yazıçı-publisist Eyruz Məmmədov Namiq Dəlidağlının yaradıcılığı haqda öz ürək sözləri və fikirlərini söyləyib, onun özünəməxsus dəst-xətti olduğunu dilə gətiriblər.
Yazıçı-publisist Məhəmməd Nərimanoğlu, şair, tənqidçi Akəm Xaqan müəllifin şeirlərində yurd-yuva həsrətinin, bu ağrıdan doğan nisgilin, ulularımız qarşısında itirilmiş torpaqların hesabatının necə ağır, məyusedici bir etiraf olduğunu bildiriblər. Və onun yaradıcılığında bu mövzuların aparıcı olduğunu qeyd ediblər.

Tədqiqatçı-alim Nailə Mirzəyeva N. Dəlidağlı şeirlərinin digər müəlliflərin əsərlərindən fərqli poetik xüsusiyyətlərindən danışıb, onun yaradıcılığını "səmimiyyət poeziyası" adlandırıb.

Şairlərdən Rafiq Oday, Gülnarə Cəmaləddin, Sabir Yusifoğlu, Xatirə Fərəcli, Sevinc Qərib, Qafqaz Əvəzoğlu, Asif Asiman, Süleyman Sərraf, Faiq Hüseynbəyli, Emil Rasimoğlu, Zirəddin Qafarlı, Əlibala Ağayev və digərləri çıxış edərək N.Dəlidağlını yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib və yaradıcılıq uğurları arzulayıblar. Çıxış edənlər müəllifin şeirlərindən nümunələr səsləndiriblər. Ayan adlı məktəbli N.Dəlidağlının “Çatdırın” şeirini ifa edib.

Şairin qələm dostları Əli Nəcəfxanlı, Arif Ərşad, Elbrus Qayalı, İlqar İlkin, Müşfiq Zülfüqar, Arzuman Nəbiyev, Taleh Laçın, Natiq İsmayıloğlu, Əlyar Asiman, Almaz Sahilə, Elvin Əlizadə, Aygün Hacıyeva, Ruhiyyə Əliyeva, Ağanənə Seyidqızı, Məqsəd Şiştəpəli, Sübhan Qafaroğlu, Rahilə Hüseynova, Ədalət Nicat, Rəfail Laçınlı, Fərhad Məhərrəmov, Usta Fəxrəddin, Namiq Məmmədli, Orxan Adiloğlu, Xürrəm Qafarlı və digərləri “İmza günün”də müəllifə öz xoş arzularını ünvanlayıblar.

Sonda N.Dəlidağlı tədbir iştirakçılarına, “Poeziya Evi”nin rəhbərliyinə, əməkdaşlarına öz təşəkkürünü bildirib, yeni şeirlərindən söyləyib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930