manera.az
manera.az

Esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, “ərəb romanının əmiri” sayılan Nəcib Məhfuzun yaradıcılığına həsr olunan "Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən mərkəzin direktoru Əhməd Sami Elaydi yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Nobel mükafatı laureatı Nəcib Məhfuzun azərbaycanlı gənclərə, eləcə də qələm adamlarına tanıdılmasıdır. Həmçinin Azərbaycan mədəniyyəti və incəsənətinin Misirdə təbliğ edilməsi, Azərbaycan ədiblərinin ərəb oxucusuna tanıdılması üçün geniş imkan yaratdıqlarını söyləyən Ə.Sami öz ölkəsində “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəşr olunduğunu diqqətə çatdırıb.

Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra mövzu ətrafında çıxış edənlər Yaxın Şərqin Balzakı adlandırılan Nəcib Məhfuzun 34 roman və 350-dən çox hekayəsinin şərq, eləcə də dünya ədəbiyyatına əvəzsiz töhfəsindən danışıblar.

Münsiflər – yazıçı Vaqif Sultanlı, tənqidçi Cavanşir Yusifli və Nəriman Əbdürrəhmanlı müsabiqənin keçirilməsinin əhəmiyyətindən və Nəcib Məhfuz yaradıcılığından söz açıblar.

Münsiflərin seçiminə görə, 1-ci yerə Aynur Zərrintac, 2-ci yerə gənc yazar Nigar An layiq görülüb. Şair Fərid Hüseyn isə 3-cü yerin sahibi olub.

Qaliblər diplom və pul ilə mükafatlandırılıblar.

Esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
Esse müsabiqəsinin qalibləri mükafatlandırılıb


Baxış sayı - 2 300 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728