“Nəsimi ili”nə Ankarada yekun vuruldu - Fotoreportaj+Video
Yanvarın 15-də Türkiyənin paytaxtı Ankara şəhərində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə yekun mərasim keçirilib.
Manera.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən təşkil olunan mərasim “Nəsimi-2019” ilinin bağlanışına həsr olunub.
Mərasimdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, QHT və KİV təmsilçiləri, nəsimisevərlər iştirak ediblər.
Mərasim çərçivəsində görkəmli kinorejissor, ssenarist Həsən Seyidbəylinin 100 illik yubileyi münasibətiylə sənətkarın kino yaradıcılığını əks etdirən fotosərgi açılıb.
Sonra tədbir iştirakçılarına TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabı təqdim edilib.
Tədbir “Nəsimi” bədii filminin nümayişi ilə yekunlaşıb.
Tədbirdən görüntüləri təqdim edirik:
https://www.youtube.com/watch?v=ZkRIMs-FRJ4
Şəhla Aslan,
Ankara