manera.az
manera.az

Ankarada Novruz bayramı tədbiri olub - Foto

Ankarada Novruz bayramı tədbiri  olub - Foto
24 Mart tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Novruz Bayramı tədbiri keçirilmişdir. Tədbir “Qazi vakfı koleji” tərəfindən təşkil olunmuşdur.

Manera.az xəbər verir ki, tədbirdə Hoca Ahmet Yesevi Türk-Qazax Universitetinin “Yesevi Sanat Topluluğu” konsert proqramı ilə çıxış etmişdir. Konsert proqramında Türk dövlətlərinin milli mahnıları ifa olunub, milli rəqslər nümayiş etdirilib.

Konsert proqramında həmçinin Azərbaycana aid ‘’Sənin eşqin edibdir’’ və ‘’Sənə qurban’’ kimi milli mahnılar da səsləndirilmiş, çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, “Yesevi Sanat Topluluğu”nun üzvləri arasında azərbaycanlı tələbələr də yer almaqdadır. Belə ki, kamança musiqi alətində Afaq İsmiyeva, tarda Şükür İsmayılzadə, zərb alətlərində Arəş Mirzəmohəmmədi, vokal olaraq isə Aynaz Rəhimzadə və Kamal İsmayılzadə çıxış edirlər.

Şəhla Aslan,
Ankara


Ankarada Novruz bayramı tədbiri  olub - FotoБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031