manera.az
manera.az

"Xocalı Muzeyi" yeni təbliğat materialları ilə gücləndirildi - TÜRKİYƏ

"Xocalı Muzeyi" yeni təbliğat materialları ilə gücləndirildi - TÜRKİYƏ

Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Ankara şəhərinin Qızılcahamam qəsəbəsində yerləşən Xocalı abidəsi və “Xocalı Muzeyi” kompleksini ziyarət edib.

Mərkəzdən Manera.az-a verilən məlumata görə, muzey kompleksinin qarşısındakı Xocalı abidəsi önünə gül dəstələri qoyulub. Qızılcahamam Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər Müdiri Mecid Bal “Xocalı Muzeyi”nin fəaliyyəti haqqında məlumat verərək, abidə və muzey kompleksinin 2014-cü ildə Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə açıldığını xatırladıb.

Ziyarət çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Xocalı Muzeyi” kompleksinə Xocalı soyqırımına dair məlumat lövhələri, nəşrlər, çoxsaylı videomateriallar, kitab sərgi vitrinləri və böyük ekranlı televizor təqdim edilib.

Tərəflər arasında keçirilən görüşdə muzeyin eksponatları, təbliğat materialları, muzey kitabxanasına təqdim olunan nəşrlər və ziyarətçi axını kimi məsələlər müzakirə olunub. Gələcəkdə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə birgə fəaliyyət planı razılaşdırılıb.

Samir Abbasov, muzeyin yaradılmasının qardaş Türkiyə dövlətinin Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımına göstərdiyi diqqət və həmrəyliyin bir nümunəsi olduğunu vurğulayıb. O, “Xocalı Muzeyi”nin əhəmiyyətini qeyd edərək, onu qardaş ölkədə Xocalı soyqırımı haqqında məlumat almaq istəyənlər üçün mühüm mənbə kimi dəyərləndirib.

Daha sonra Qızılcahamam şəhər bələdiyyəsi və şəhərin Tarix–Diyarşünaslıq Muzeyi ziyarət edilib.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031