manera.az
manera.az

20 Yanvar faciəsi Türkiyənin reklam lövhələrində - FOTO

📅 17.01.2020 19:03

20 Yanvar faciəsi Türkiyənin reklam lövhələrində - FOTO

20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Türkiyənin bəzi şəhərlərinin mərkəzlərində yerləşən elektron reklam lövhələrində faciənin dəhşətlərini əks etdirən fotoşəkillərdən ibarət videoçarxın nümayişinə başlanılıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində hazırda videoçarx Ankara və Kırkkale şəhərində nümayiş olunur.

Yerli vaxtla saat 17:01-dən 22:01-dək göstərilən videoçarxın nümayişi bir neçə gün davam edəcək.

Qeyd edək ki, layihənin ölkənin başqa şəhərlərində həyata keçirilməsi də nəzərdə tutulub.

Hazırda videoçarx sözügedən şəhərlərin 25 müxtəlif yerində nümayiş olunur.

20 Yanvar faciəsi Türkiyənin reklam lövhələrində - FOTO


Baxış sayı - 1 249 | Yüklənmə tarixi: 17.01.2020 19:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930