Göylər də, yerlər də tanıyır məni - Yeni şeirlər

MANERA.AZ Bəhram Bilaloğlunun yeni şeirlərini təqdim edir.
* * *
Qeybi aləm zənn etdiyim,
Məkandır.
Əməllər var, əhli-həqqə,
Təkandır.
Məlakütə yetən kəslər,
Kalandır.
Bu dəhşəti duyan varmı, İlahi?!
Dünya özü məəttəldir,
Həyandır.
Söykəndiyim bir kitabdır,
Qurandır.
Gözüm görən zaman,artıq,
Virandır.
İy(i)rmi dörddən sayan varmı, İlahi?!
Qafil bilməz,oyanana,
Ayandır.
İnsan var ki, sürünəndir,
Sayandır.
Eşqə xidmət, çağırışdır,
Azandır.
Xidmətinə,uyan varmı, ilahi?!
* * *
Bir eşq var ki,
Əbədiyyət mərkəzidir.
Dərk edənə,
İbrət adlı tərəzidir.
Vəsf etməyə,
Yetməz təbim, İlahidir.
Bir bəndəyəm,
Adətim var, mərahidir.
Kimsə görməz,
Qəlbən duyar, eşq əhliyəm.
Ərafatam,
Heydəriyəm, sağ əliyəm.
Zəmzəmindən,
Qətrə-qətrə nur almışam.
Səhralara,
Miras qoyub sarılmışam.
* * *
Pilləkəndi həyat adlı bu ömür,
Yaş artdıqca,a ddım-addım gedirsən.
Yüksəlib göylərə gördüyün eşqi,
Salırsan yaddaşa, daddım deyirsən.
Ömrün boranı var, ömrün qışı var,
Ağ qarı üşütməz, sazaq olmasa.
Mənim ümidimdi, tale yazımdı,
Ovçular neyləyər, maraq olmasa.
Ruhunu düşməyə qoymaz adamlar,
Qəlbinə, könlünə nəzər salarlar.
Aylar ibadətə sarılacaqsa,
Gözəl əməllərin ömür alarlar.
Allahdan kəsilməz zərrə qədərlər,
Nəfəs verən də O, yaşadan da O.
Ağırı, yüngülü nizamlayan da,
Bəndəyə bir ömrü, daşıdan da O.
Şükür et, dualar ucalsın göyə,
Unutma yanında dostu, qardaşı.
Əllər açılanda şəhadət gətir,
Sıçrasın yerlərə qəlbinin daşı.
Bölünsün içində min bir arzular,
Arzuya yetişsin hacətim, anım.
Zillətə boynumu vurdurma, Allah,
Haqqına qovuşdur, qoy çıxsın canım.
Göylər də, yerlər də, tanıyır məni,
Haqqın davamçısı, el şairiyəm.
Şeirlər haqqından süzülən kimi,
Oxuyan hiss edir, məzlum biriyəm.
* * *
Neçə qəlblər isidib,
Paklığı üryan etdin.
Əhli haqq xidmətini,
Qurana qurban etdin.
Sözlərin ərşə çatan,
Dualar şahididir.
Kim ki, dərk etsə,səni,
Xoş əməl varididir.
Hardan aldın bu eşqi,
Kimlər gətirdi sənə?!
Çatdırdığın kəlamlar,
Eşqdən ötürdü qəmə.
* * *
Ayrılığın odunda,
Köz oldu sevgim, Hadi.
Kaş ki, ayrılmazdım mən,
Nə biləydim bu dadı.
(üryan-ov ovlayan)
(varid-daxil olma)
Mən məhəbbət yolunun,
Kədərindən süzüldüm.
Elə bildim kədərəm,
Kədərindən sezildim.
Nə sən deyən adamın,
Gözlərində ələndim.
Nə də, gözlər önündə,
Sevgi, eşqə bələndim.
Gözlərim yaşarsa da,
Həzin-həzin ağladım.
Çəkdim çün o, dərdləri,
İçimdə də, saxladım.
Gördüyün baxışlarım,
Zirvə baxışlar idi.
Zövqünü oxşasa da,
Qəmli naxışlar idi.
* * *
Sinəm üstdə bir yara var,
Məhərrəmdə- qan tökülür. (ay)
Cərrah tikən yaramdı o,
Tikdiyi yerdən sökülür.
Çəkirəm, hər ağrısını.
Dəyişmirəm sarğısını.
Eşqin eşq çağırışını,
Çəkdiyim, yerdən çəkilir. .
Sönməz eşqdi, məkan, bəlli.
Təkan verər yüzə əlli.
Əsaya çatanda əli,
Bel özü, hərdən bükülür.
Kərbəlaya çatsın sözüm.
Şərəf versin,bir də,dözüm.
Sürünsəm də,dizin-dizin,
Sürünməkdən diz əkilir.
* * *
Ruhuma iz salıb eşqi,
Hüseyn(ə.s)izi getməyəcək.
Yaşayıram məhəbbətlə,
Məhəbbətsiz ötməyəcək.
Məktəbindən dərs almışam.
Cavan ikən ucalmışam.
Aşuradan tez solmuşam,
Kədər məndə bitməyəcək.
Mərsiyyələr ovutsa da.
Yansa qəlbim, qovursa da.
Çiy torpağdan yoğursa da,
Bu eşq gendə itməyəcək.
Şəhidlərin şahı Sənsən.
And yerimin ahı Sənsən.
Qeyrətlilər rahı Sənsən.
Allah sənsiz etməyəcək.
* * *
Gözlərimdən asılan,
Ümidlərdi canlanır.
Meyxoş edir könlümü,
Fələk belə can alır.
Sənli xatirələrdi,
Dəyişir bulud kimi.
Bürüyür saplağları,
Böyüyür palıd kimi.
Həmin yağış, bir də,sən,
İldırım, şimşək çaxır.
Yerdən göyə uzanan,
Göy üzünə şən baxır.
Külək şehi qurudur,
Şehlə gedir xəyalım.
Viran etmə, qayıt, gəl,
Getsən, de, necə alım?!
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.