manera.az
manera.az

Gənc rəssam Gülarə Salehin fərdi sərgisi uğurla baş tutdu - Fotolar

📅 20.04.2025 16:01

Gənc rəssam Gülarə Salehin fərdi sərgisi uğurla baş tutdu - Fotolar
Aprelin 19-da Gəncliyə Yardım Fondunun sərgi salonunda istedadlı gənc rəssam Gülarə Salehin fərdi rəsm sərgisi keçirilib.

MANERA.AZ xəbər verir ki, sənətsevərlərin böyük marağına səbəb olan sərgidə rəssamın müxtəlif mövzularda yaratdığı əsərlər nümayiş olunub.

Ziyarətçilər əsərləri diqqətlə izləyərək, Gülarənin fərdi baxış bucağı və rəng duyumu ilə yaxından tanış olublar.

Sərgidə bir sıra tanınmış sənət və media nümayəndələri çıxış ediblər.

Gülarənin müəllimi, tanınmış rəssam və kurator Nəvai Metin Məmmədoğlu, rəssam Qafar Sarıvəlli, onun orta məktəb və universitet müəllimləri, jurnalist Güllü Yoloğlu və digər qonaqlar gənc rəssam haqqında yüksək fikirlər səsləndiriblər.

Çıxışlarda Gülarənin zəhmətsevərliyi, sənətə olan sevgisi və peşəkar inkişaf potensialı xüsusi qeyd olunub.









Baxış sayı - 401 | Yüklənmə tarixi: 20.04.2025 16:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930