manera.az
manera.az

Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub

Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış Azərbaycan rəssamı Nəvai Metin 01 oktyabr 2022-ci il tarixdən qardaş ölkə Pakistanda yaradıcılıq ezamiyyətindədir.

MANERA.AZ xəbər verir ki, yaradıcılıq səfəri Pakistanın Azərbaycandakı səfiliyinin və pakistanlı rəssam Şeffik Faroqinin dəvəti ilə reallaşıb.

Rəssam Nəvai Metin Paytaxt İslamabadda, Lahorda və başqa şəhərlərdə yaradıcılıq birliklərində sənət adamları ilə görüşlər keçirib.

Azərbaycanın Pakistandakı fövqalədə və səlahətli səfiri Xəzər Fərhadovla görüşdə, gələcəkdə Azərbaycan rəssamlarının Pakistana səfərləri və sərgilərin keçirilməsi müzakirə olunub.

Səfir Xəzər Fərhadov mədəni əlaqələrin vacibliyini qeyd edərək bu işdə mümkün olan bütün variantlardan istifadə edəcəyini vurğulayıb.

Rəssam Nəvai Metinin yaratdığı Pakistan dövlətinin qurucuları Məhəmməd İkbalın və Qaydi Azimin portretləri sərgilərdə rəğbətlə qarşılanıb.

Rəssam Nəvai Metinin sərgiləri və müxtəlif sənət adamları ilə görüşləri Pakistanın media qurumları tərəfindən işiqlandırılıb.

Pakistanda fərqli insan obrazlarını kətana köçürən rəssam Nəvai Metin yaxın vaxtlarda Bakıda, sonra isə Pakistanda əsərlərini sərgiləməyi planlaşdırır.

Dayandur Sevgin

Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub
Tanınmış rəssamın Pakistanda sərgisi nümayiş olunub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31