manera.az
manera.az

Gənc rəssamın fərdi sərgisi - FOTOLAR | MANERA.AZ

📅 12.11.2015 10:22

Gənc rəssamın fərdi sərgisi - FOTOLAR | MANERA.AZ
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Andrey Ukleinin fərdi sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından danışıb. Bildirib ki, bu, Andreyin ikinci fərdi sərgisidir. O, peşəkar rəssam olmasa da, istedadlı və zəhmətsevərdir.

Ekspozisiyada rəssamın 70-dən çox rəngkarlıq və qrafika əsəri təqdim olunub. Onların sırasında natürmortlar, mənzərələr, Pablo Pikassonun, El Qrekonun, flamand rəssamlarının əsərlərinin reproduksiyaları yer alıb.

Gənc rəssamın fərdi sərgisi - FOTOLAR | MANERA.AZ

A.Ukleinin müəllimi Tamilla Qurbanova rəssamı fərdi sərgisi münasibətilə təbrik edib, onun yaradıcılıq üslubundan söz açıb. Bildirib ki, A.Uklein yaradıcılığını üslub çərçivələri və ya istiqamətlərlə məhdudlaşdırmayan özünəməxsus rəssamdır.

Sonra rəssamın dostları və yaxınları təbrik nitqi ilə çıxış ediblər.
Gənc rəssamın fərdi sərgisi - FOTOLAR | MANERA.AZ
A.Uklein sərginin təşkilatçılarına, habelə sərgiyə gələnlərə təşəkkürünü bildirib.


Baxış sayı - 1 501 | Yüklənmə tarixi: 12.11.2015 10:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031