manera.az
manera.az

ADU-da tanınmış şair-həkim Tofiq Nurəli ilə görüş - Fotolar

📅 13.04.2025 15:31

ADU-da tanınmış şair-həkim Tofiq Nurəli ilə görüş - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) Magistratura şöbəsi və Pedaqogika kafedrasının dosenti Oqtay Abbasovun təşkilatçılığı ilə tanınmış şair-həkim Tofiq Nurəli ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, görüşdə birinci kurs qrup tələbələrinin T. Nurəliyə həsr etdikləri videoçarx nümayiş etdirilib, şeirləri ifa olunub, sözlərinə yazılmış mahnılar səsləndirilib.

Şair çıxış edərək görüşün təşkilinə görə universitet rəhbərliyinə, Magistratura şöbəsinə və Pedaqogika kafedrasına təşəkkürünü bildirib, tələbələri maraqlandıran suallara cavab verib, həmçinin şeirlərindən nümunələr səsləndirib.

ADU-nun müəllimləri də çıxış edərək belə görüşlərin əhəmiyyətindən, T. Nurəlinin müasir Azərbaycan poeziyasında tutduğu önəmli mövqedən söz açıblar.

Tədbiri Magistratura şöbəsinin müdiri, dosent Firuzə Rzayeva yekunlaşdırıb, T. Nurəliyə və bu cür görüşlərin təşkilinə hərtərəfli dəstək verdiyinə görə ADU-nun rektoru, akademik Kamal Abdullaya təşəkkür edib.

Sonda T. Nurəli öz kitablarını tələbələrə hədiyyə edib./adu.edu.az/




Baxış sayı - 332 | Yüklənmə tarixi: 13.04.2025 15:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031