manera.az
manera.az

Şair Rəsmiyyə Sabirlə görüş keçirilib - Fotolar

Şair Rəsmiyyə Sabirlə görüş keçirilib - Fotolar
Aprelin 25-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin təşkilatçılığı ilə universitetin Heydər Əliyev mərkəzində Azərbaycan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, i.e.d. Rəsmiyyə Sabirlə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin oxunması başlayan tədbiri giriş sözü ilə ADMİU “Tələbə Elmi və Yaradıcılıq Cəmiyyəti”nin sədri Ülkər Rzayeva qonağı və tədbir iştirakçılarını salamlayaraq görüşün keçirilməsinin əsas məqsədindən danışıb. O deyib ki, müəlliflik hüququ təkcə ölkəmizdə deyil, bütün dünyada vacib məsələlərdən biridir. Aprelin 23-ü tarixinin beynəlxalq dərəcədə bu məsələyə həsr olunması da bunun əsas göstəricilərindən biridir. O, kitabın, mütaliənin təbliğində, eləcə də müəlliflik hüququnun qorunmasında şair və yazarların rolunu vurğulayaraq, Rəsmiyyə Sabirin bu mənada fikirlərinin gənc nəsil üçün xüsusi önəm kəsb etdiyini bildirib.

Qeyd olunub ki, R.Sabir Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. Onun 130-dan çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio albom işıq üzü görüb. Bir sıra (“Dəfnə ağacı”, “Məhkumlar”, “Uçurum”, “Bir qadın”, “İntizar”) serialların “ana” mahnısının sözlərini yazıb. 2003-cü ildə “Həbs olunmuş sükut”, 2006-cı ildə “Rəngsiz göz yaşları” və “Kölgəsiz dar ağacları” (İraq), 2009-cu ildə “Unutdun məni”, 2011-ci ildə “Sahilsiz adam” (Türkiyə), 2018-ci ildə “Sonun başlanğıcı”, 2021-ci ildə “Zindan sevinci”, 2023-cü ildə “Yerlə göy arasında” (Türkiyə) adlı şeir kitabları nəşr olunub.

Tədbirdə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nizami Əsədov, Kitabxana-İnformasiya Mərkəzinin biblioqrafı və müəllimi Natiq Mürsəlov və ADMİU-nun Kino və televiziya fakültəsinin müəllimi, Əməkdar jurnalist Zakir Abbas çıxış edərək Rəsmiyyə Sabirin yaradıcılığından, bu
cür ziyalılarla görüşlərin gənc nəslin gələcək həyatındakı rolundan danışıblar.

Görüşün təşkilatçılarına öz təşəkkürünü bildirən şair Rəsmiyyə Sabir gənclərlə, tələbələrlə görüşlərin hər zaman xoş olduğunu vurğulayıb. O, Bədii hissədə ADMİU-nun tələbələrinin ifasında şairin şeirlərindən, eləcə də şeirlərinə yazılmış mahnılardan nümunələr səsləndirilib. Tədbirin davamında R.Sabir tələbələrin suallarını cavablandırıb, onlar üçün öz şeirlərindən nümunələr oxuyub.

Şair Rəsmiyyə Sabirlə görüş keçirilib - Fotolar
Şair Rəsmiyyə Sabirlə görüş keçirilib - Fotolar
Şair Rəsmiyyə Sabirlə görüş keçirilib - Fotolar
Şair Rəsmiyyə Sabirlə görüş keçirilib - Fotolar
Şair Rəsmiyyə Sabirlə görüş keçirilib - Fotolar


Baxış sayı - 475 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031