manera.az
manera.az

Səninlə ümid gəlir - Tofiq Nurəli

📅 17.06.2021 06:41

Səninlə ümid gəlir - Tofiq Nurəli
17 iyun - Tibb işçilərinin peşə bayramıdır.

Doktor

Nə qədər yenilmisən
Bulud örtən ay kimi?.,
Qapılmısan özünə
Kədərli lay-lay kimi?..
Gözlərinlə dinmisən
Sözün qurtaran zaman..,
İndi necəsən, doktor?..

Çox idimi səhvlərin?!
Nahaq gedən oldumu?..
Öz-özünə əvflərin..,
Dünya səni yordumu?!.
İndi necəsən, doktor?..

Kiminlə bölüşmüsən
Çəkdiyin əzabları?.
Bu əzab bölünürmü?
Vicdan tərəziləri
Heç gözə görünürmü?!.

Çoxmu minmək istədin
Ünvansız bir qatara?.,
Baş götürüb gedəsən
Sonsuz sonsuzluqlara...
İndi necəsən, doktor?..

Sən nə qədər tənəyə,
Ağrıya tuş gəlmisən..,
Sən bu böyük sənətə
Bir eşq kimi gəlmisən...

Tanrım səni əliylə
Gör qaldırıbdır hara!.
Günəş sənin dalınca
Girir palatalara!..
Səninlə ümid gəlir,
Səninlə həyat gəlir,
Səninlə bir ad gəlir--
doktor!
Səni tay eyləmirəm
Mən heç nəylə, heç kimlə...
Əməlinlə, eşqinlə
Əl-ələ tutub qoşa
Yaşa doktorum, yaşa!
22.02.19

Tofiq Nurəli


Baxış sayı - 975 | Yüklənmə tarixi: 17.06.2021 06:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031