manera.az
manera.az

Qırğız teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək

📅 29.03.2025 20:38

Qırğız teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək
T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı "Dədə Qorqud" tamaşası ilə Bakıda çıxış edəcək.

MANERA.AZ xəbər verir ki, tamaşanın Bakı premyerası Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu "Dədə Qorqud" tamaşası aprelin 3-ü saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru Marat Kozukeev, rəssamı Bakıt Tilekmatovdur.


Baxış sayı - 353 | Yüklənmə tarixi: 29.03.2025 20:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31